Accessibility links

Polis Konnektikut məktəbində qətliamla bağlı yeni detallar açıqlayır


Polisin verdiyi məlumata görə, ABŞ-ın şimal-qərbində yerləşən Konnektikut ştatındakı Nyutaun şəhərinin ibtidai məktəbində baş vermiş qətliamı törədən şəxs binaya zorla daxil olub. Leytenant Pol Vanse müxbirlərə deyib ki, 20 yaşlı Adam Lanza 20 uşağı və altı müəllimi qətlə yetirməzdən əvvəl onun Sandi Huk ibtidai məktəbinə daxil olmasına icazə verilməyib. Lakin polis zabiti Lanzanın sonradan məktəbə necə daxil olduğunun detallarını açıqlamayaraq, təhqiqatın davam etdirildiyini deyib.

Leytenant Vanse həmçinin hadisə qurbanlarının şəxsiyyətinin müəyyən edildiyini və tibbi ekspertizanın keçirildiyini bildirib. O, atışma zamanı sağ qalan bir nəfərin vəziyyətinin yaxşı olduğunu və onun təhqiqatın gedişində mühüm rol oynaya biləcəyini əlavə edib.

Amerikanın səsinin hadisə yerində olan müxbiri Piter Fedinski ABŞ tarixində ən qanlı atışmalardan birini işıqlandırmaq üçün Yaponiya, Çin, İsveç və başqa xarici ölkələrdən müxbirlərin Nyutaun şəhərinə gəldiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG