Accessibility links

Feliks Baumqartner tarixi tullanma cəhdini uğurla başa vurub Yerə endi


Avstriyalı paraşütçü stratosferdən Yerə tullanaraq dünya rekordu vurdu

Avstriyalı paraşütçü rekord yüksəklikdən tullandıqdan sonra sağ-salamat Yerə enib. Bu, son 52 ildə paraşütlə yüksəklikdən tullanma üzrə yeni rekorddur.

Feliks Baumqartnerin səs sürətindən daha yüksək sürətlə enməsi rekordu vurub-vurmadığı hələ müəyyən edilməyib, lakin onun saatda 1110 kilometr baryeri keçdiyi bildirilir.

Paraşütçü havaya helium qazı ilə doldurulmuş kapsulda qalxaraq, ABŞ-ın Nyu-Meksiko ştatı üzərində 38 kilometrlik yüksəklikdən skafandrda Yerə tullanıb. Sərbəst uçuş zamanı onun paraşütü açıldıqdan sonra o, 10 dəqiqə ərzində Yerə çatıb.

Avstriyalı paraşütçü 1960-cı ildə amerikalı Co Kittinqerin yüksəklikdən tullanma üzrə rekordunu vura bilib. Kittinqer Baumqartneri uçuşa hazırlamaqla yanaşı, həm də missiyaya nəzarət otağında uçuşu izləyib.

Feliks Baumqartnerin təhlükəli cəhdinin ciddi riskli tərəfləri var idi. Mütəxəssislər insan orqanizminin belə yüksəklikdə temperaturun aşağı olduğu hava şəraitinə uyğunlaşması məsələsilə bağlı narahatlıqlarını bildirirdi.

Uçuş zamanı paraçütçünün huşunu itirə bilməsi kimi problem yarana bilərdi. Belə olan vəziyyətdə o, paraşüt yalnız avtomatik açıldığı şəraitdə sağ qala bilərdi. Səs sürətini keçən zaman bunun insan orqanizminə təsirləri də mütəxəssislər üçün aydın deyildi.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG