Accessibility links

Amerika Soçidə həyata keçirilə biləcək terror hücumlarından narahatdır [Video]


Pentaqon Qara Dənizə hərbi gəmilərini göndərməyi təklif edib
please wait

No media source currently available

0:00 0:02:49 0:00
Birləşmiş Ştatların müdafiə naziri Çak Hegel deyib ki, Soçidəki Qış Olimpiya Oyunları zamanı terror hücumları həyata keçirilərsə, ABŞ öz vətəndaşlarını evakuasiya etməyə hazırdır.

Bu yaxınlarda Rusiyada bomba hücumlarının həyata keçirilməsi Birləşmiş Ştatlar rəsmiləri üçün Olimpiadada da hücumların real ola biləcəyinə işarədir. Pentaqon Qara Dənizə ABŞ-ın iki hərbi gəmisini göndərməyi təklif edib. Amerika və Rusiya rəsmiləri əldəqayırma partlayıcı qurğuları sıradan çıxarmaq üçün Amerikanın texnologiyasından istifadə edilməsi barədə danışıqlar aparır. Rusiya hələlik təklifi qəbul etməyib.

Bu arada Amerika komandirləri hücum baş verdiyi halda minlərlə amerikalının evakuasiyası barədə planları müzakirə edirlər. Pentaqonun mətbuat katibi, kontr-admiral Con Kirbi: “Bizim Qara Dənizə göndərməyi planlaşdırdığımız gəmilərgeniş imkanlara malikdir. Bu gəmilərin çoxunda vertolyot meydançası və tibb məntəqəsi var.”

Rusiyada son zamanlar həyata keçirilən terror hücumları və terrorçu olmaqda şübhəli bilinənlərin Soçidə olması xəbərləri Vaşinqtonun təhlükəsizlik tədbirləri barədə müzakirələr aparmasına səbəb olub.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzindən təhlilçi Huan Zarate: “Bu, adətən Birləşmiş Ştatlarda olduğu kimi, hər hansısa hücumun olacağını öyrənib, qarşısını almaq məsələsi deyil. Bu, oyunlarda iştirak edəcək amerikalı idmançılara, Amerika vətəndaşlarına böyük təhlükədir.”

Ruslar öz ölkələrində təhlükəsizliyi təmin edəcəyini deyirlər və Birləşmiş Ştatlar hökuməti bu məsələ ilə bağlı Moskvanı utandırmaq istəmir. Lakin təhlilçilər ABŞ rəsmilərinin keçmişdə də Olimpiya Oyunları zamanı rusların Amerika ilə yaxından əməkdaşlıq etmək istəmədiklərinə görə narahat olduqlarını deyirlər.

Birləşmiş Ştatlar rəsmiləri narahatlıqlarını açıq şəkildə izhar etməyə və baş berə biləcək hadisələrləı bağlı plan qurmağa başlayıblar. Həmin plana yaralanmış idmançıları və Amerika vətəndaşlarını bölgədən çıxarmaq üçün təyyarə meydançaları olan və hazır vəziyyətə gətirlmiş gəmilər daxildir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG