Accessibility links

Senat yeni START müqaviləsini müzakirə edir


Senator Mitç Makkonnel
Senator Mitç Makkonnel

ABŞ Senatı bu gün Rusiya ilə nüvə silahlarının ixtisarına dair yeni müqaviləni müzakirə edir. Müqavilənin təsdiqi ilə bağlı bu həftə səsvermənin keçiriləcəyi gözlənilir. Prezident Barak Obama sənədi Konres tətilə çıxmazdan öncə ratifikasiya etmək üçün qanunvericilərə təzyiq göstərərək, bunun milli təhlükəsizlik üçün əhəmiyyət daşıdığını bildirir. Lakin respublikaçılar müqavilənin ABŞ-ın raketlərdən müdafiə variantlarını məhdudlaşdıracağını bildirirlər. Respublikaçıların Senatda lideri Mitç Makkonnel sənədə dəstək verməyəcəyini bildirib. Makkonnel və başqa respublikaçıların etirazlarına baxmayaraq, demokratlar müqavilənin ratifikasiyası üçün kifayət qədər dəstəyin olduğunu deyirlər.

XS
SM
MD
LG