Accessibility links

Amerikada təhsil alan xarici tələbələrin sayı artır [Video]


Birləşmiş Ştatlarda təhsil alan xarici tələbələrin sayı artır. Beynəlxalq Xarici Tələbə Mübadiləsi Təşkilatının Açıq Qapılar Hesabatında ABŞ-da təhsil alan xarici tələbələrin 2012-2013 təhsil ilində 7 faiz artdığını göstərib. Ali təhsil sahəsində Birləşmiş Ştatlar ön sıralarda qalmaqda davam edir.

Vaşinqtondakı Betnəlxalq Təhsil Evinin təşəbbüsü ilə ABŞ-da 40-dan çox ölkədən təhsil alan tələbələrindən biri, hindistanlı Nina Dominik Amerikanın onun bir nömrəli seçimi olduğunu deyir. Nina səviyyə və ixtisaslaşmaya görə Birləşmiş Ştatlarda təhsil sisteminin güclü olduğunu deyir.

ABŞ-a 235 min tələbə Çindən gəlib və bundan sonrakı yerlərdə Hindistan, Cənubi Koreya və Səudiyyə Ərəbistanıdır.

Çinli tələbə Çenq Cu Birləşmiş Ştatların təhsil sistemindən onun gözlədiyindən daha yüksək səviyyədə olduğunu, amerikalıların isə onu daha çox təəccübləndirdiklərini deyir. “Amerikalılar gözlədiyimdən daha yaxşı insanlardır. Doğrudan da bu belədir.”

Çox sayda yeni dost qazanmaqla yanaşı, Çenq Birləşmiş Ştatlarda böyük təcrübə də qazanıb. Beynəlxalq Təhsil İnstitutunun prezidenti Alan Qudman mədəni mübadilənin iki tərəfi olduğunu deyir. “Beynəlxalq təhsil hər bir tələbəyə aid olmalıdır. Biz bunu təşviq etməliyik. Biz Amerikaya ali təhsil dalınca gələn hər bir tələbənin pasportla təmin edilməsinə imkan yaratmalıyıq ki, onlar azı dörd il bu pasportdan istifadə edərək, gələcək planlarını qura bilsinlər.”

Xarici ölkələrdə təhsil alan amerikalıların da sayı 3 faiz artıb ki, keçən il bu rəqəm 300 minə çatıb. Lakin Amerikanın immiqrasiya qanunları xarici tələbələrin təhsillərini başa vurmasından sonra bu ölkədə qalıb, işləmələrinə mane olur.

Qanunvericilər bu məsələ ilə əlaqədar ən yaxşı variant seçməyə çalışırlar. Lakin ABŞ-ın Təhsil və Mədəni Əlaqələr nazirinin yardımçısı Evan Rayan hazırkı qanunların Amerikanın siyasətinə təsir etdiyini deyir. “Bizim misssiyamız insanları təhsil alamq üçün buraya gətirmək, sonra isə geriyə. Evlərinə göndərməkdir. Biz bunun anlaşmanın yeganə yolu olduğuna inanırıq.”

Çinli Çenq Cu başqa ölkədə təhsil almanın dünya görüşünün inkişafında böyük rol oynadığını, bunun da qlobal münaqişələrin aradan qaldırılmasına yardım edə biləcəyini deyir. “Əgər siz daha çox mədəni əlaqələr qurmaq istəyirsinizsə, qoy çinli tələbələr Amerikaya gəlsin, amerikalılar isə Çinə getsin. Yalnız bu zaman mədəni təmaslar yaratmaq mümkündür və bu yolla bir çox problemi həll etmək olar.”

Xarici tələbələr ABŞ iqtisadiyyatına 24 milyard dollar gətirir ki, bunun böyük kəsimi təhsil haqqı ödənişinin payına düşür. Onların üz tutduqları başlıca məkanlar Kaliforniya, Nyu York və Texasdır.
XS
SM
MD
LG