Accessibility links

Nyu-York komandası Super kubokun qalibi oldu (FOTOLAR)

  • Amerikanın səsi

Nyu-York komandası Super kubokun qalibi oldu (FOTOLAR)

Nyu-York komandası Super kubokun qalibi oldu (FOTOLAR)

Bazar günü ABŞ-da idman həyatının ən mühüm hadisələrindən biri olan Amerika futbolu üzrə suber kubok uğrunda matç keçirildi. Nyu-Yorkun “Giants” komandası Nyu Enqlandın “Patriots” komandası üzərində qələbə çalaraq Amerika Milli Futbol Liqasının çempionu titulunu qazandı. İndianapolis şəhərinin stadionunda keçən matç 21:17 hesabla başa çatmışdır.

İki komanda suber kubok uğrunda sonuncu dəfə dörd il bundan əvvəl keçirilən matçda mübarizə aparmışdı. Bu dəfə də dörd il bundan əvvəl olduğu kimi Nyu-York komandasının müdafiəçisi İlay Menninq Amerika Milli Futbol Liqasının ən yaxşı oyunçusu titulunu qazandı.

İlay Menninq: “Çempion titulunu qazanmağımıza görə hədsiz sevinirəm, komanda yoldaşlarıma görə sevinirəm. Burada elə oyunçular var ki, ilk dəfədir çempion titulunu qazanır, elələri də var ki ikinci dəfə və daha çox çempion olur. Məşqçimiz Tom Kohlin, bütün məşqçilər, bütün komandaya görə böyük sevinc hiss keçirirəm. Bu, bir adamın qələbəsi deyil. Bu, bir komandanın qələbə çalmasıdır.”

Bu, Nyu-York komandasının Super kubok uğrunda yarışda üçüncü qələbəsidir. “Giants” 2008-ci ildə “Patriotlar” üzərində qələbə çalmışdı, bununla yanaşı Milli Futbol Liqasının 1987-ci və 1991-ci illərdə çempionu olmuşdur.

“Patriots” komandasının üç dəfə super kubokun qalibi olmuş müdafiəçisi Tom Bredi üçün məğlubiyyət böyük uğursuzluq oldu.

Tom Bredi:“Biz kiçik fərqlə uduzduq və bəzi imkanları əldən verdik. Hamı belə fikirdədir ki, bundan daha artıq iş görmək olardı. Bu oyuna gəlmək üçün çox çalışdıq. Mən bu oyuna gəlməməkdənsə, uduzmağı üstün tuturam. Ümid edirəm ki, bir vaxt bir də bura gələcəyik. Əslində, bizim üçün çox gözəl bir il idi. Sadəcə, bu gün o qədər yaxşı oynamadıq.”

Super kubok uğrunda matç Amerikada televiziyada ən çox tamaşaçı cəlb edən tədbirdir. Müxtəlif hesablamalara görə, bazar günü matçı televiziya ekranları qarşısında təxminən 110 milyon amerikalı izləyib.

Adətən, amerikalılar suber kubok uğrunda oyuna birlikdə tamaşa edir, barlarda toplaşır, ya da evlərində məclis keçirir.

Super kubok uğrunda matçın yayımlandığı saatlar şirkətlər reklam yerləşdirmək üçün gözəl imkan qazanır. Populyar televiziya saatlarında 30 saniyəlik reklam 3,5 milyon dollara başa gəlir.

Matçda ən böyük fasilə zamanı bu dəfə mahnı ifa etmək üçün Madonna dəvət edilmişdi.

XS
SM
MD
LG