Accessibility links

ABŞ-ın Suriyaya müdaxiləsi İrana və Şimali Koreyaya necə təsir göstərə bilər? [Təhlil]


ABŞ-ın Suriyaya hərbi müdaxiləsi nələrlə nəticələnə bilər?
please wait

No media source currently available

0:00 0:03:34 0:00
Prezident Barak Obamanın Suriyaya hərbi müdaxiləsi üçün əsas arqument həm də Birləşmiş Ştatların Yaxın Şərq və Asiyada təhlükəsizlik siyasətini əhatə edir.

Birləşmiş Ştatların dövlət katibi Con Kerri deyir ki, kimyəvi silahdan istifadə edən Suriyaya qarşı atılacaq addımlar onun sərhədlərindən kənarlara da təsirini göstərəcək. “Söhbət ondan gedir ki, İrana gəldikdə, vaxtikən özü kimyəvi silah hücumuna məruz qalmış İran indi nüvə silahının istehsalında özündə bir cəsarət hiss edəcək. Kimyəvi silahdah istifadə edən, və ya istifadə etməyi planlaşdıran Hizbulla və Şimalı Koreya, eləcə də digər terrorçu qruplar və ya diktatorlar, nəyə görə Əsəd rejiminə qarşı, qanunun pozulmasına qarşı belə addımlar atıldığını bilməlidirlər.”


B
rukings İnstitutundan təhlilçi Maykl Ohanlon prezident Obamanın Suriyaya qarşı atdığı addımların nəinki prezident Əsədə, həm də İran və Şimali Koreyaya məsələnin nə dərəcədə ciddi olduğunu anlatmaq məqsədi daşıdığını deyir. “Onlarla qanadlı raket, bundan sonra isə nümayişlər kütləvi qırğın silahından istifadə edən hökumətin fəaliyyətinin qarşısını almağa, eləcə də İran və Şimali Koreyaya nüvə ambisiyalarına bir daha nəzər salmalarına imkan yarada bilər.”

Şimali Koreya artıq 5 ilə yaxındır, nüvə proqramı ilə bağlı danışıqların dayanmasından bəri artıq üç dəfə uzaqmənzilli nüvə raketlərini sınaqdan keçirib. Maykl Auslin deyir ki, Suriya ilə qarşıdurmaya gedirkən Pxenyanı nəzərdən qaçırmaq olmaz.

Təhlilçi Maykl Auslin: “İndi ki, Suriya qaynayır, Şimali Koreyanı diqqətdən qaçırmaq olmaz. Onlar bilə-bilə ki, bizim diqqətimiz Suriyaya yönəlib, nəsə etməyə çalışa bilərlər.”

İran və İranın dəstəklədiyi Livanın Hizbulla qrupunun yardımnı alan Suriya ordusu son həftələrdə üsyançıları bir neçə istiqamətdə məğlub edib.

Təhlilçi Doq Bandou isə deyir ki, president Obamanın Suriyaya qarşı addımları İrana mesaj kimi işləməyə bilər. “Hazırda özünü təcrid hiss edən və təhdidlərə məruz qalan İran ola da bilər ki, nüvə silahının istehsalını davam etsin.”



Bandou isə deyir ki, Suriyaya hücum İranı daha çox nüvə silahına ehtiyacı olduğuna inandıra bilər. “Çox sayda insan Suriyanı sındırmaqla, İranın zəiflədiyini düşünür. Bəlkə də bu belədir. Lakin bu, Iranı özünü daha az müdafiə edəcəyi, və ya nüvə ambisiyalarına son qoyaraq, beynəlxalq ictimaiyyətlə danışıqlara gedəcəyi demək deyil.”

Dövlət katibi Kerri Suriyadakı kimyəvi silahın Birləşmiş Ştatların regiondakı müttəfiqlərinə də ziyan vura biləcəyini deyir. “Bunun İsrailə təsiri ola bilər, bunun bizim yaxın dostlarımız İordaniyaya, Türkiyəyə və Livana təsiri ola bilər. Onların hamısı Dəməşqdən gələn havanı izləyir.”

İsrail Suriyadan qaynaqlana biləcək hücumların qarşısını alamq üçün raketdən müdafiə sistemlərini qurub. Lakin təhlilçi Bandou deyir ki, İsraili vurmaq prezident Əsədə çox baha başa gələr. Bandou onu da əlavə edir ki, İsrail Suriyada üsyançıların qələbəsindən qorxur. Belə ki, parçalanmış müxalifət qüvvələrinin silah arsenalına, o cümlədən kimyəvi silahlara nəzarəti, əvvəlkindən qat-qat zəif ola bilər.
XS
SM
MD
LG