Accessibility links

Birləşmiş Ştatlar prezidenti Barak Obama Rusiya və Suriya qüvvələrinin Hələb şəhərinin şərqində mülki vətəndaşların ölümünə səbəb olan vəhşi hücumlarını qınayıb.

Əsəd rejimi Rusiyanın yardımı ilə rüsvayçı strategiya həyata keçirir - mülki vətəndaşları bombalamaqla onlara boyun əydirmək istəyir.

Ağ Ev Obamanın cümə axşamı Almaniya kansleri Angela Merkellə telefon söhbəti zamanı onların hər ikisinin Rusiya və Suriya rejiminin "döyüşlərin dayandırılması və bölgəyə humanitar yardım çatdırılmasında" xüsusi məsuliyyət daşımasında eyni fikirdə olduğunu bildirib.

Dövlət katibi Con Kerri bundan əvvəl demişdi ki, Moskva Hələbin şərqindəki üsyançı mövqerlərini bombardmanı davam etdirdiyi təqdirdə Birləşmiş Ştatlar Rusiya ilə diplomatik danışıqlara son qoya bilər.

Müşahidəçi qrupunun açıqladığı məlumatda deyilir ki, Rusiyanın Suriyadakı hava hücumları nəticəsində çox sayda mülki vətəndaş olmaqla, 9 000 insan ölüb. Hələbin özündə isə yarısı uşaq olmaqla, yüz minlərlə insan qalıb.

Kerri danışıqların davam etdirilməsini "irrasional" adlandıraraq, Rusiyanın hava hücumlarını davam etdirməsinin "ciddi götürüləcəyini" bildirib.

"Bu elə andır ki, biz bu müddət ərzində başqa alternativləri nəzərdən keçirməliyik," Dövlət Katibi bildirib.

XS
SM
MD
LG