Accessibility links

ABŞ-da terror hücumu keçirmək cəhdində ittiham edilmiş səudiyyəli ömürlük həbs cəzası alıb


Khalid Ali-M Aldawsari in police photo

Khalid Ali-M Aldawsari in police photo

ABŞ-a 2008-ci ildə tələbə vizası ilə daxil olmuş Xalid Əli Əldausari 2011-ci ildə həbs edilib

ABŞ-a tələbə vizası ilə daxil olmuş səudiyyəli Xalid Əli Əldausari Birləşmiş Ştatlar prezidenti Corc Buşun da hədəf alındığı iddia edilən bomba hücumuna cəhddə ittihamlar əsasında ömürlük həbs cəzasına məhkum edilib.

Ədliyyə nazirliyi onun kütləvi qırğın silahlarından istifadə cəhdi ittihamları ilə məhkum edilməsindən sonra çərşənbə axşamı günü cəza aldığını bildirib. Təhqiqatçılar onun ABŞ-da hədəfləri vurmaq üçün onun avadanlıq və partlayıcı maddələr aldığını bildirib.

Əldausari ABŞ-a 2008-ci ildə gəlmiş və Texas ştatından Lubbokda təhsil almaq üçün kollecə yazılmışdır.

Baş prokurorun müavini Lisa Monako Əldausirinin Birləşmiş Ştatlara hücumlar keçirmək üçün gəldiyini deyib. Onun "cihad"a çağıraraq, internetdə zorakı məzmunlu yazılar yerləşdirdiyi bildirilir.

O, internetdə fəaliyyətləri izlənib evində axtarış keçirildikdən sonra 2011-ci ildə fevral ayında həbs edilmişdir.
XS
SM
MD
LG