Accessibility links

ABŞ üçün ən ciddi terror təhlükəsini Ərəbistan yarımadasında əl-Qaidə yaradır


ABŞ üçün ən ciddi terror təhlükəsini Ərəbistan yarımadasında əl-Qaidə yaradır
ABŞ üçün ən ciddi terror təhlükəsini Ərəbistan yarımadasında əl-Qaidə yaradır

ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyinin başçısı bildirib ki, Birləşmiş Ştatlar üçün ən ciddi terror təhlükəsini hazırda Ərəbistan yarımadasında əl-Qaidə qrupu təşkil edir. Agentliyin direktoru Deyvid Petreas 2001-ci il 11 sentyabr hücumlarından 10 il sonra ABŞ-ın əks-terror səylərinin qiymətləndirilməsinə dair bu gün Konqresdə keçirilən dinləmələrdə danışıb. Petreas deyib ki, əl-Qaidənin Cənubi Asiyada bazası zəifləsə də, təşkilatın başqa yerlərdə, xüsusilə də Ərəbistan yarımadasında fəaliyyət göstərən qolu güclənib və indi özü hücumlar həyata keçirmək qabiliyyətinə malikdir. O qeyd edib ki, Ərəbistan yarımadasında əl-Qaidə son iki ildə Birləşmiş Ştatlara qarşı iki dəfə qeyri-müvəffəq hücum cəhdi edib. Dinləmələrdə iştirak edən Federal Təhqiqat Bürosunun direktoru Robert Müller deyib ki, Ərəbistan yarımadasında əl-Qaidəy əlavə olaraq, yerli ekstremist qruplar da ABŞ-ın təhlükəsiziliyinə ciddi təhlükə törədir.

XS
SM
MD
LG