Accessibility links

Polislə toqquşan qaradərili qadın kamerada dünyasını dəyişib


This undated handout photo provided by the Waller County sheriff’s office shows Sandra Bland, who was found dead in her jail cell in Hempstead, Texas, July 13, 2015.

This undated handout photo provided by the Waller County sheriff’s office shows Sandra Bland, who was found dead in her jail cell in Hempstead, Texas, July 13, 2015.

Polis avtomobilindəki kameranın çəkdiyi videoda Texas ştat polisi ilə yolda saxladığı afrikalı-amerkalı qadın arasında qarşıdurma görüntüləri var. Həmin qadın sonradan Texas həbsxanasının kamerasında ölü tapılıb.

Sandra Blend yol hərəkəti qaydasını yüngül şəkildə pozduğu üçün iyul ayının 10-da polis tərəfindən saxlanılıb. Bundan sonra polis zabiti Brayan Ensinia bu qadına cərimə yazır və ona əsəbi göründüyünü deyib. Sandra Blend xətti polis avtomobilinə yol vermək üçün keçdiyi zaman aldığına görə əsəbi olduğunu deyib.

Polis zabiti Ensinia qadından siqareti söndürüb, maşından çıxmağı tələb edib. Lakin qadın onun sözünə baxmayanda, polis zabiti avtomobilin qapısını açaraq, qadını zorla yerə endirib və elektron səsksəndirici tapançanı ona tərəf yönəldib.

Videoda polis zabiti Ensinianın qadını kameranın çəkə bildiyi yerdən uzaqlaşdırdığını görmək olur. Bundan sonra isə qadının polisin onun başına zərbələr endirdiyini dediyi sözlər aydın eşidilir. Polis isə Blanda sakit olmağı əmr edir.

Waller mahalı polis idarəsinin kapitanı Brayan Kantrelin dediyinə görə, qadın hənbsxana kamerasında boğazında zibil torbalarından düzəldilmiş kəndirlə ölü tapılıb. İşlə bağlı təhqiqat aparılır.

XS
SM
MD
LG