Accessibility links

Bu gün ABŞ-da Şükranlıq bayramı qeyd edilir


Ağ Evdə Milli Hindtoyuğu Federasiyasının sədri Yubert Enviya prezidenti Barak Obama, birinci xanım Mişel Obama və onların qızları Saşa və Maliya ilə görüşür
Ağ Evdə Milli Hindtoyuğu Federasiyasının sədri Yubert Enviya prezidenti Barak Obama, birinci xanım Mişel Obama və onların qızları Saşa və Maliya ilə görüşür

Bu gün milyonlarla amerikalı ailə üzvləri və dostları ilə birlikdə ənənəvi Şükranlıq bayramını qeyd edir. Adəti üzrə hər il noyabr ayının 3-cü həftəsinin cümə axşamı günü keçirilən Şükranlıq bayramı Birləşmiş Ştatlarda ən çox səfər edilən bayramdır. Bu gün insanlar hindtoyuğu, kartof, məzələr, quşüzümü və balqabaq piroqu ilə bəzədilmiş süfrənin ətrafına toplaşırlar. ABŞ prezidenti Barak Obama bayram münasibətilə amerikalılara mesaj ünvanlayıb. Prezident Obama amerikalıları bir araya gəlməyə, ölkə müharibə və işsizlik kimi problemlərlə qarşılaşdığı zaman bir-birinə dəstək verməyə çağırıb. Birləşmiş Ştatlarda Şükranlıq bayramı rəsmən 1863-cü ildən qeyd edilməyə başlayıb. Lakin ilk dəfə olaraq Şükranlıq gününün 1621-ci ildə qeyd olunduğu ehtimal edilir. Bu günü amerikalılar adətən bütün ölkə boyu Nyu-Yorkdan canlı yayımlanan Şükranlıq Günü paradına baxaraq qeyd edirlər.

XS
SM
MD
LG