Accessibility links

ABŞ-ın bir neçə ştatında tornado baş verib


Birləşmiş Ştatların bir neçə ştatında baş vermiş tornado Oklahoma ştatında beş nəfərin ölümülə nəticələnib.

Oklahoma ştatının rəsmiləri insan ölümülə nəticələnmiş tornadonun Vudvard şəhərində baş verdiyini bildirir.

Şənbə günü gecədən bazar günü səhərə qədər Kanzas, Ayova, Nebraska və Oklahoma ştatlarında 60-dan çox tornado halı qeydə alınıb. Tornadonun bu ştatlarda elektrik cərəyanının kəsilməsinə səbəb olduğu, evlər və hökumət binalarına zərər vurduğu xəbər verilir.

ABŞ-ın Milli Hava Xidmətinin şənbə günü hava şəratinin ciddi pisləşəcəyi haqda məlumat veməsinə baxmayaraq, tornado bir sıra yerlərdə tamamilə gözlənilməz olub.

Meteroloqların proqnozlarına görə, pis hava cərəyanı bazar günü Texas və Arizona ştatlarından şimal istiqamətində hərəkət edərək, Böyük Göllər ərazisi və Kanada sərhəddinə yaxınlaşacaq.

XS
SM
MD
LG