Accessibility links

Ağ Ev qadağanın amerikalıların təhlükəsizliyinin təmin edilməsində atılmış mühüm bir addım olduğunu deyir [Video]


Birləşmiş Ştatlar hökumətinin yeddi müsəlman ölkəsindən vətəndaşların səfərlərinə müvəqqəti qadağası ayrı-ayrı insanların, qrupların və demək olar ki, ölkə boyu çoxlarının etitazına səbəb olub. Ağ Ev qərarı müdafiə edərək, bunun təsirinə məruz qalmış ölkələrdən olan sərnişinlər üçün biz az narahatlıqlar yaratsa da, amerikalıların təhlükəsizliyinin təmin edilməsində atılmış mühüm bir addım olduğunu bildirib. Tənqidçilər isə belə bir qadağanın terrorçuların qarşısını almayacağını və xoşagəlməz hallarla nəticələnəcəyini bildirib.

Vaşinqton şəhəri yaxınlığındakı aeroportda həbs edilən Somalidə anadan olmuş Minnesota sakini Fərhan Anşur həyat yoldaşı və uşaqlarının onunla birlikdə qalacağını deməsindən sonra azad edilib. “Nəhayət biz birlikdəyik. Daha heç kəs mənim üçün darıxmır. Hazırda mənim ailəm mənimlədir və mən çox xoşbəxtəm.”

90 günlük qadağa İraq, Suriya, İran, Sudan, Liviya, Somali və Yəmən vətəndaşlarına aiddir. Keçən həftənin cümə günü imzalanmış sərəncamadan sonra həmin ölkələrin pasportları olan vətəndaşlar Birləşmiş Ştatlara buraxılmayıb, yolda olanlar isə Amerika aeroportlarında müvəqqəti saxlanıb. Ağ Ev isə bütün bu narahatlıqların müvəqqəti olduğunu bildirirərək üzr istəyib.

Somalidəki prezident seçkilərində sabiq namizəd Fadumo Dayib bunun başqa təsirlərinin olacağını deyir. “Mən Harvard Biznes və Kennedi məktəblərinin nümayəndə heyətində olmalı idim, lakin qadağa ilə bağlı qərara görə mən oraya gedə bilməyəcəyəm.”

Həm Somali, həm də Finlandiya vətəndaşı olan Fadumo Dayib Birləşmiş Ştatlara köçürülməsi nəzərdə tutulan Kenyadakı Somali qaçqınlarına görə narahat olduğunu deyir. “Onların əlindən bu imkan yalnız müsəlman olduqları və ya özlərinin seçimi olmayan ölkədən olduqları üçün alındı.”

Birləşmiş Ştatların “ Müsəlman vəkilləri” qrupundan Lena Marsibu məsələ ilə bağlı məhkəməyə müraciət edildiyini deyir: Bu iddia Birləşmiş Ştatlarda qanuni olaraq yaşayan, həm Amerika vətəndaşı olan, həm də olmayan 20 nəfər müsəlman tərəfindən irəli sürülüb.”

Bu qadağa İsveçdə yaşayan iranlı aktrisanı da narahat edir. O bu il keçiriləcək Oskar mərasimində iştirak edə bilməyəcək. Bahar Pars Oskar mükafatına nominasiya edilən “Ove adlı şəxs” filmində çəkilib.

Bu, mənim Amerika ilə gələcək əlaqələrimi sual altına aldı

Britaniyada yaşayan İran mənşəli bəstəkar Susan Lolavar isə aprel ayında Pitsburqda özünün bəstələdiyi operanın premyerasında iştirak edə biləcəyindən əmin olmadığını deyir. “Bu, mənim Amerika ilə gələcək əlaqələrimi sual altına aldı”.

Tənqidçilər bu qadağanın Birləşmiş Ştatların nəzərdə tutulduğu kimi təhlükəsizliyinin artırılmasından daha çox mənfi nəticələrə gətirib çıxaracağını deyir.

XS
SM
MD
LG