Accessibility links

ABŞ-ın enerjinın yenilənməsi ilə bağlı planları şübhə altındadır [Video]


Respublikaçı və Demokrat qubernatorlarından bəziləri prezident Donald Trampın külək və günəş enerjisinə dəstək verməsini istəyir. Prezidentin mədən yanacağından istifadəyə üstünlük verməsi və Parisdə əldə edilən iqlim razılığından çıxacağı ilə bağlı təhdidləri Birləşmiş Ştatlarda gələcəkdə enerjinın yenilənməsi ilə bağlı planları şübhə altına alır. Lakin təhlilçilərın dediyinə görə, Birləşmiş Ştatların iqlim fəaliyyətlərindən geri çəkilməsi Çin sənayesinin və orada iş yerlərinin artması demək olacaq.

Ohayo ştatının Klivlend şəhəri yaxınlığındakı PT Tex-də ağır avadanlıq üçün müxtəlif növ hissələr istehsal olunur. “Hər şey, sualtı qayığın parçasından tutmuş mədən və emal işlərində lazım olan hissələrə qədər" deyə, şirkətin AeroTorque satış şöbəsinin rəhbəri Daq Herr bildirir..

Keçən il Ohayo Birləşmiş Ştatlarda külək enerjisi istifadəçisi kimi yalnız 26-cı yerdə idi. Daq Herr deyir ki, ola bilsin ohayolular ştatda küləyin enerji sahəsində böyük rol oynadığını bilmir. “Onlar ətrafa nəzər salır və külək turbinlərinin az olduğunu görəndə “burada biznes üçün kifayət qədər külək yoxdur” deyirlər. Lakin onlar başa düşmürlər ki, burada mexanizmlər istehsal edən, və ya bizim kimi xüsusi detallar istehsal edən şirkətlər fəaliyyət göstərir.”

Və bu şirkətlərin istehsal etdiyi məhsullara tələbat artır. Son 4-5 il ərzində kommunal xidmətlər sahəsində mədən yanacağından daha çox, yenilənən enerjidən istifadə edilib. “Siz yeni enerji, əsasən də külək enerjisindən istifadənin artırılmasından danışırsınızsa, bu yerli zavorlarda iş yerləri deməkdir. Yəni bu, qızıla bərabərdir.”

Lakin prezident Trampın “Amerikanın Birinci Enerji Planı”nda yalnız neft, qaz və daş kömür nəzərdə tutulur, yenilənən enerjidən söz açılmır. Daq Herr bunun səhv olduğunu deyir. “Əgər biz irəliyə addım atıb, bununla gələcəyə getməsək, bu iş yerləri Çinə köçəcək. Bu iş yerləri Hindistana köçəcək. Onlarda artıq bu şirkətlər var.”

Dünyada yüksək keyfiyyətli külək turbinləri istehsal edən on şirkətdən beşi, solar lövhə hazırlayan altı şirkətdən beşi Çindədir. Dünya Resurslar İnstitutunun nümayəndəsi Ranpin Sonq Pekin bu, yeni enerji istehsalı sahəsini dəstəklədiyini deyir. “Çin yaşıl texnologiyanı başqa ölkələrə ixrac etməklə qlobal imkanlar əldə edir, çünki hər bir ölkə belə texnologiyanın olmasını istəyir.”

Lakin hələ də prezident Trampın ritorikasına baxmayaraq Birləşmiş Ştatların yeni enerji planından geri çəkilib-çəkilməyəcəyi aydın deyil.

XS
SM
MD
LG