Accessibility links

Tükriyə İsraili tənqid edir, ABŞ isə İsarilin özünü müdafiə etdiyini bildirir

Qəzza böhranı Türkiyə və ABŞ arasında münasibətlərdə gərginliyin yaranmasına səbəb olur. Ankara Vaşinqtonu İsrailin qarşısını saxlamağa çalışır.

İstanbulda konfransda çıxış edən Türkiyənin Baş naziri Rəcəp Tayyib Ərdoğan İsrailin Qəzzada hərbi əməliyyatlarına qarşı çıxıb edib.

Cənab Ərdoğan keçən həftə Misirə səfəri zamanı eyni məzmunlu bəyanatlar verib.

ABŞ prezidenti Barak Obama İsrailin Qəzzada əməliyyatlarını müdafiə edərək, bunu özünü-müdafiə taktikası kimi qiytmələndirib.

Türkiyədə bəzi siyasi təhlilçilər iki ölkə liderinin məsələ ilə bağlı fərqli baxışlarının münasibətlərə də təsir göstərə biləcəyini deyirlər.

İstanbulda Edam beynəlxalq münasibətlər institutunun başçısı Sinan Ülgen deyir ki, baş nazirin ritorikasından kənara çıxmaq lazımdır. “Türkiyənin baş naziri İsraili tənqid etmək üçün fürstədən istifadə edib, lakin eyni zamanda Türkiyə Misir və Qətərlə birlikdə Həmas rəhbərliyi ilə regionun gələcəyi və bu böhrandan çıxmaq yollarını müzakirə edən ölkələrdən biridir.”

Təhlilçilər ABŞ prezidenti və Türkiyənin baş naziri arasında münasibətlərin yüksək səviyyəsini qeyd edir. Bu mənada onlar prezident Obama və baş nazir Ərdoğan arasında xüsusilə də Suriyada münaqişə ilə bağlı daimi kontaktların olduğunu göstərir. Onların hər ikisi Suriya prezidenti Bəşar Əl-Əsədə qarşı müxalifəti dəstəkləyir.

“Milliyyet” qəzetinin diplomatik məsələlər üzrə müxbiri Semih İdiz ABŞ və Türkiyə liderləri arasında belə yaxın münasibətlər Vaşinqtonun Qəzza məsələsində İsraillə bağlı mövqeyinin daha neytral olacağı ilə bağlı ümidləri artırmışdır. Semih İdiz: “Burada narazılığın olduğuna heç bir şübhə yoxdur. Onlar Obamanın balanslaşdırılmış açıqlamalar gözləyə bilərlər. Bu, Yaxın Şərqə gələndə özünü daha çox büruzə verir. Amerikanın xarici siyasəti Vaşinqton deyil, Tel-Əviv və Qüdsdə cızılır. Lakin başqa tərəfdən, Türkiyə və Amerika hazırda Suriya ilə bağlı müzakirələrlə məşğuldur, buna görə də onlar İsraillə bağlı vəziyətin müəyyən həddən çıxmasına imkan vermək istəmir. Buna görə də İsrailin Qəzzada törətdikləri şərti xarakter daşıyır.”

Tərəflər Qəzza münaqişəsi məsələsində fikir ayrılıqlarını azaltmağa çalışır. Lakin təhlilçi Sinan Ülgenin fikrincə, böhranın dərinləşməsi, ya da uzun müddət davam etməsi Türkiyə və Birləşmiş Ştatlar arasında müniasbətlərə mənfi təsir göstərə bilər. Sinan Ülgen:”Ankara ritorikanı davam etsə, bu, ABŞ-Türkiyə münasibətləri üçün porblem yarada bilər, çünki ABŞ administirasiyası da Türkiyənin mövqeyini tənqid etmək üçün təzyiqlərlə qarşılaşa bilər. Amma buna baxmayaraq, Ankaranın Həması barışıq və təcavüzün dayandırılması istiqamətinə yönəltdiyi halda Qəzza məsələsində Türkiyə və ABŞ arasında böhran riski aradan qalxa bilər.”

Türkiyənin Xarici İşlər naziri Əhməd Davutoğlu Ərəb Liqasının təşəbbüsləri çərçivəsində çərşənbə axşamı günü Qəzzaya səfər edib. Ankara dərhal atəşkəsə çağırır. Təhlilçilərin proqnozlarına görə, Davutoğlu cənab Ərdoğanın İsrailə qarşı sərt ritorikasına uyğun açıqlamlar verəcək. Lakin səhnə arxasında onun dərinləşən böhranın həlli yollarının tapılması üçün gərgin işləyəcəyi gözlənilir.
XS
SM
MD
LG