Accessibility links

ABŞ-ın Tvitter diplomatiyası


ABŞ-ın Tvitter diplomatiyası
ABŞ-ın Tvitter diplomatiyası

ABŞ diplomatları Obama administrasiyasının 21-ci əsrin dövlət quruculucu ayı adlandırdığı bu ay sosial media vasitələrindən istifadəni genişləndirir.

ABŞ Dövlət Departamentində hər gün keçirilən birifinqdə mətbuat katibi Viktoriya Nuland həmişəki kimi podiumda suallara cavab verirdi. Lakin cümə günü keçirilən mətbuat konfransında Viktoriya Nulanda suallar mətbuat üzvlərindən deyil, dünyanın hər yerindən Tvitter vasitəsilə verilirdi. Dövlət Departamenti bunun üçün Tvitterdə #AskState hesabı yaratmışdı.

Viktoriya Nulanda verilən suallar tərcümə olunub Dövlət Departamentinin Tvitterdə 10 rəsmi dili olan ərəb, çin, ingilis, fars, fransız, hind, portuqal, rus, ispan və urdu dillərində sosial media şəbəkəsinə göndərilirdi.

Mətbuat katibi deyib ki, layihə Dövlət katibi Hillari Klintonun ABŞ diplomatiyasının genişləndirilməsi planının bir hissəsi kimi gerçəkləşdirilir. “Dövlət katibi Klinton yeni texnologiyalardan istifadəni bizim bütün dünyada xarici siyasətimizin əsas hissəsi kimi müəyyənləşdirib. Buna görə biz Dövlət Departamenti və ABŞ-ın Beynəlxalq inkişaf agentliyində diplomatiya və inkişaf sahələrində qarşılaşdığımız məsələləri həll etmək üçün yeni yollar axtarırıq”-deyə o bildirib.

Viktoriya Nuland deyib ki, Dövlət Departamentinin sosial media şəbəkələrində 193 müxtəlif hesabı var. Bunların 100-ü ayrı-ayrı ölkələrdə səfirliklərə məxsusdur.

Gələn həftə ABŞ-ın Port-o-Prensdəki səfirliyi Haitidə iki il bundan əvvəl zəlzələdən sonra bərpa işlərinin gedişi ilə bağlı sualları cavablandırmaq üçün Tvitterdə konfrans keçirəcək.

ABŞ-ın Vyanada Beynəlxalq missiyada nümayəndəliyi isə nüvə silahlarının yayılmaması səyləri və nüvə təhlükəsizliyi məsələlərini izah etmək üçün virtual tur təşkil edəcək.

XS
SM
MD
LG