Accessibility links

ABŞ rəsmisi Ukraynaya hərbi yardım göndərilməsinə çağırır


Toni Blinken
Toni Blinken

Birləşmiş Ştatlar prezidenti Barak Obamanın namizədliyini irəli sürdüyü Dövlət Departamentinin ikinci yüksək vəzifəli şəxsi Toni Blinken Ağ Evin özünümüdafiə məqsədilə Ukraynaya hərbi avadanlıqla yardım məsələsini nəzərdən keçirməli olduğunu deyib.

Konqresin hər iki palatasının bu təklifi dəstəkləməsinə baxmayaraq, Obama administrasiyası hərbi avadanlıq göndərilməsini yubadır.

Kiyev hökuməti və qərb dövlətləri separatçılara hərbi təchizat və texnika da daxil edilməklə, birbaşa yardımlara görə Moskvanı tənqid edir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kiyevi separatçılarla birbaşa danışıqlara çağırıb və Ukrayna bu təklifi dərhal rədd edib.

Ukraynanın baş naziri Arseniy Yatsenyuk isə bir daha təkrar edib ki, onun hökuməti rus terrorçuları ilə danışıqlara getməyəcək.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG