Accessibility links

Ukrayna - Amerikanın variantları [VİDEO]


Rusiya ordusunun Krım bölgəsinin nəzarətini əlinə almasından sonra Ukraynada vəziyyət daha da gərginləşib. Birləşmiş Ştatlar və onun müttəfiqləri Moskvanın bu addımına münasibət bildirməyə hazırlaşır.

​Lakin Diplomatik Müdafiə Təlimləri İnsitutunun direktoru İan Von Qordon ciddi bir qarşıdurmanın baş verməcəyini deyir. “ABŞ nə qədər hədələsə də, ciddi bir şey olmayacaq. Bu, iki yaşlarında uşaqların bir-birinin ayağını basması demək olar.”


O, Amerikanın səsini yüksəltməsinə baxmayaraq, Ukraynanın Avropa üçün başlıca məsələ olduğunu deyir. “ABŞ Avropanı ətrafında baş verənlərlə bağlı ciddi addım atmağa sövq etməlidir.”


Maykl Ohanlon Vaşinqtondakı Brukinqs institutunda xarici siyasət məsələləri üzrə təhlilçidir. O, cənab Putinin ordunu Ukraynanın yeni qərbyönümlü hökumətinə meydan oxumaq üçün yerləşdirdiyini deyir. “O, onları narahat etməyə və onun seçimi olduğunu düşünməyə çalışır. Bu, yeni hökumətin Ukraynada Rusiyapərəst elementlərə münasibətdə daha az hörmət göstərməsinə nail olmaq üçün məcburi diplomatiyanın bir növüdür”.

Ukrayna bölünmüş bir ölkədir. Ölkənin qərb bölgəsində əsasən Ukrayna dilində danışan insanlar qonşu Avropa Birliyi ölkələrinə meyllidir. Ölkənin cənub və şərq bölgələri isə rus dillidir və onlar daha çox Moskva tərəfdarıdır.

Vaşinqtondakı Heritac Fondunda təhlilçi Stiven Buççi: “Ölkə ciddi şəkildə parçalanmaq təhlükəsi qarşısındadır.”

O, Amerikanın Ukraynaya təsirinin məhdud olduğunu deyir. “Bizim bu məsələ ilə bağlı danışmaqdan başqa seçimimiz yoxdur və mən düşünmürəm ki, bunun bir təsiri olacaq.”

Birləşmiş Ştatların dövlət katibi Con Kerri Ukraynanın yeni hökumətinə dəstək olmaq və 1 milyard dollarlıq kredit təklif etmək üçün Kiyevə səfər edib.

Böyüik Səkkizlər qrupu iyun ayında Rusiyada sammitini təxirə salıb. Prezident Putin Rusiya qüvvələrinin Ukraynaya göndərilməsini inkar etsə də, ölkədə yaşayan rusların müdafiə edilməsi seçiminin qaldığını bildirib.
XS
SM
MD
LG