Accessibility links

ABŞ Ukrayna hökumətini Timoşenkonu azad etməyə çağırır

  • Amerikanın səsi

Birləşmiş Ştatlar Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko və onun sabiq hökumətinin digər rəsmilərinin azad edilməsinə çağırıb.

ABŞ Dövlət katibi Hillari Klinton Birləşmiş Ştatların xanım Timoşenkonun müalicəsilə bağlı dərin narahatlıq hissi keçirdiyini bəyan edib. Klinton Ukrayna rəsmilərini xanım Timoşenkonun müvafiq tibbi mərkəzdə müayinə alması üçün şərait yaratmağa çağırıb. O bununla yanaşı, Yuliya Timoşenkonun və onun keçmiş hökumətinin üzvlərinin azad edilməsinə və onlarının hamısının vətəndaş və siyasi hüquqlarının bütünlüklə bərpa olunmasına səsləyib.

Xanım Timoşenkonun qızı Yevgeniya anasının səhhətinin pisləşdiyini deyib və Avropa ölkələrinin hökumətlərinin təzyiqləri artırmasına çağırıb. O bildirib ki, Ukrayna hökumətinin anasının həbsxana mühafizəçiləri tərəfindən döyüldüyünə görə12 gün bundan əvvəl başladığı aclıq aksiyasını dayandırması üçün faliyyət göstərəcəyinə ümid bəsləyir.

Hökumət Timoşenkonun lazım gəlsə zorla qidalandırılacağı ilə hədələyib.

Xanım Timoşenkonu müayinə edən Almaniya həkimləri onun Ukraynada müalicə oluna bilməyəcəyini deyib, lakin Ukrayna hökuməti onun ölkəni tərk etməsi haqda müraciətini rədd edib.

XS
SM
MD
LG