Accessibility links

Birləşmiş Ştatlar prezidenti Barak Obama işinə bu gün başlayan Nüvə Təhlükəsizliyi Sammitinə sonuncu dəfə ev sahibliyi edir.

Dünyanın 50 ölkəsindən nümayəndə heyətlərinin toplaşdığı iki günlük sammitdə əsas diqqət nüvə materiallarının terrorçular və digər bədniyyət şəxslərdən kənar tutmaq yollarının müzakirəsinə veriləcək.

Birləşmiş Ştatlar Rusiyanın sammitdə iştirak etməkdən boyun qaçırmasına görə təəssüf hissi keçirdiyini bildirib.

Təhlilçilər nüvə materiallarının təhlükəsilziyi ilə bağlı problemlərin mövcud olduğunu deyir. Onlar buna nüvə materiallarına beynəlxalq çərçivədə nəzarətin olmadığını, bəzi dövlətlərin bu təchizatın kommersiya məqsədilə istifadəsinə qadağa qoyduğuna və bəzi hərbiçilərin nüvə materiallarının istifadəsi ilə bağlı razılığa gəlməmələrinin səbəb olduğunu deyirlər.

Sammitin keçirildiyi müddətdə prezident Obama BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyi, İnterpol və digər təşkilat üzvləri ilə görüşərək, nüvə təhlükəsizliyi sahəsində əməkdaşlığın inkişaf yollarını müzakirə edəcək.

XS
SM
MD
LG