Accessibility links

ABŞ-ın şimal-şərqində qar tufanı 3 adamın ölümünə səbəb olub

  • Amerikanın səsi

ABŞ-ın şimal-şərqində qar tufanı 3 adamın ölümünə səbəb olub

ABŞ-ın şimal-şərqində qar tufanı 3 adamın ölümünə səbəb olub

ABŞ-ın şimal-şərq ştatlarında oktyabr ayı üçün çox nadir qar tufanları üç adamın ölümünə, 2 milyondan çox ev və idarənin işıqsız qalmasına səbəb olub.

Pensilvaniya, Konnektikut və Nyu Cersi ştatlarında qarın hündürlüyü bəzi yerlərdə 30 santimetrə çataraq, bu mövsüm üçün rekord təşkil edib.

Rəsmilər hava şəraitinə görə bu ştatlarda fövqəladə vəziyyət elan ediblər.

Avtomobil, dəmir yolu və hava nəqliyyatının işinə təsir göstərən pis hava şəraiti nəticəsində yollar bağlanıb, çox sayda uçuş təxirə salınıb.

XS
SM
MD
LG