Accessibility links

ABŞ prezidenti Missuri ştatında qasırğadan zərər çəkmiş əraziyə səfər edəcək


ABŞ prezidenti Missuri ştatında qasırğadan zərər çəkmiş əraziyə səfər edəcək

ABŞ prezidenti Missuri ştatında qasırğadan zərər çəkmiş əraziyə səfər edəcək

ABŞ prezidenti Barak Obama bazar günü Missuri ştatında qasırğadan zərər çəkmiş əraziyə səfər edəcəyini deyib. Londona səfər zamanı danışan cənab Obama federal hökuməti qasırğadan zərər çəkənlərə bərpa işlərində yardım etmək üçün bütün resurslardan istifadə söz verib. Missurinin Coplin şəhərini viran qoyan güclü qasırğa zamanı 100-dən çox insan həlak olub. Meteoroloqlar bu qasırğanın Birləşmiş Ştatlarda son 60 ildə ən böyük insan tələfatı ilə nəticələnmiş qasırğa olduğunu deyiblər. Coplin şəhərindən bazar günü axşam keçən güclü qasırğa maşınları aşırıb, ağacları yerindən çıxarıb, evləri və ticarət binalarını isə uçurub.

XS
SM
MD
LG