Accessibility links

ABŞ-ın şimal-şərq bölgəsində pis hava şəraiti avtomobil, hava və dəmir yollarında ləngimələr yaradıb

ABŞ-ın şimal-şərq bölgəsində bazar günü güclü qar və külək avtomobil, hava, dəmir yollarında ləngimələr yaradaraq, Milad bayramı səfər edən amerikalıların evlərinə qayıtması qarşısında problemlərə səbəb olub.

ABŞ Milli Meteorologiya Xidməti bu gün axşam da ölkənin şərq sahillərinin şimal hissəsində - Meyn ştatından Nyu-Cersiyədək çovğun olacağı barədə xəbərdarlıq verib. Meteoroloqlar deyib ki, bu gün axşam saatlarında Nyu-York və Boston şəhərlərində qarın hündürlüyü 50 santimetrə çatacaq. Küləyin sürəti isə 80 km/saat olacaq. Nyu-York, Boston, Filadelfiya və Vaşinqton şəhərləri daxil olmaqla bir neçə böyük şəhərdə minlərlə uçuş təxirə salınıb. Adətən, Nyu-Yorkla Boston şəhərləri arasında pis hava şəraitində hava yollarına alternativ sayılan dəmir yolu xidməti də bazar günü bağlanıb.

XS
SM
MD
LG