Accessibility links

Leon Panetta Əfqanıstanda ABŞ əsgərləri ilə görüşəcək


ABŞ müdafiə naziri Leon Panetta hərbi liderlər və əsgərlərlə görüşmək üçün Əfqanıstanın Qəndahar şəhərinə gedib. ABŞ 2014-cü ildə beynəlxalq döyüş missiyası başa çatdıqdan sonra ölkədə ABŞ əsgərlərinin sayını məhdudlaşdıracaq.

Panetta bu gün Regional Cənub Komandasının rəhbəri general-mayor Robert Abramsla görüşəcək.

Dünən ölkəyə səfər edən müdafiə nazirinin iş qrafikinə prezident Həmid Karzayla danışıqlar da daxildir.

Ölkəyə səfər etməzdən əvvəl o, müxbirlərə bildirib ki, Ağ Ev qoşunlar Əfqanıstandan çıxdıqdan sonra ölkədə qalan ABŞ qoşunlarının tərkibi barədə mümkün qədər əvvəl qərar verməyə ümid edir.

Ölkədə 68000 ABŞ qoşunu qalıb. Hərbi rəsmilər burada 15000 əsgərin saxlanılmasını istəyir. Lakin digər ABŞ rəsmiləri ölkədə daha az sayda qüvvənin saxlanılmasına çağırır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG