Accessibility links

ABŞ prezidenti Barak Obama sürətlə əriməyə başlayan Alyaska buzlaqlarını nümunə gösətərərək diqqəti iqlim dəyişikliklərinin təsirlərinə yönəldib.

Alyaskaya səfər edən cənab Obama dünən son iki əsrdə iki kilometr əriyən buzlaq ərazidə olub.

Prezidentin Alyaska boyu üç günlük səfəri onun iqlim dəyişikliyi ilə mübarizə məqsədi daşıyan ətraf-mühitə dair siyasətinə dəstək qazanmaq məqsədi daşıyır.

Səfər BMT-nin bu ilin sonu Parisdə keçiriləcək iqlim dəyişikliyinə dair konfransdan əvvələ təsadüf edir.

Ağ Ev bildirir ki, konfransın məqsədi Arktikada teperaturun artmasının dünyaya təsiri və bunun qarşısının alınması üçün insanları görə biləcək tədbirlər haqda məlumatlandırmaqdan ibarətdir.

Alimlər temperaturun 2 dərəcə selsidən yuxarı qalxmasına göz yummağın ekstremal hava şəraitinin yaranması və bütün dünyada əhaliyə təsir göstərəcək dəniz suyu səviyyəsinin qalxması ilə nəticələnəcəyi haqda xəbərdarlıq edib.

XS
SM
MD
LG