Accessibility links

ABŞ-da ərzaq qiymətləri artır


ABŞ-da ərzaq qiymətləri
please wait

No media source currently available

0:00 0:03:22 0:00

ABŞ hökuməti qarğıdalı və soya lobyası kimi məhsulların bu il az yetişdiriləcəyi barədə məlumat yaydıqdan sonra BMT Ərzaq Agentliyi qlobal ərzaq qiymətlərinin iyul ayında bahalaşdığını deyir. Yeni iqtisadi məlumatlar ABŞ supermarketlərində yüksək qiymət deməkdir. Mütəxəssislər bunun inkişaf etməkdə olan bəzi ölkələrdə böyük ərzaq böhranına işarə olduğunu deyir.

Amerikanın mərkəzi ştatlarında qızmar istilər və yağışın azlığı quraqlıqlar və bunun nəticəsi olaraq az məhsulun əldə olunmasına gətirib çıxarıb. Hökumətin son hesablamaları qarğıdalı və soya lobyasının az əldə olunacağını göstərir.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatı dünyada ərzaq qiymətinin iyul ayında orta hesabla 6 faiz qalxdığını deyib.

Kənd Təssərrüfatı üzrə professor Skot Braun ət və süd məhsullarının qiymətində daha da böyük artımın gözləndiyini deyir.

Skott Braun: “2013-cü ilin sonları və 2014- cü ildə istehlakçı səviyyəsində ət məhsullarının qiymətində səkkiz faiz artım gözlənilir. Eyni artım süd məhsullarında da ola bilər.

Ona görə ki, qarğıdalı heyvanın qidalanması üçün mühüm məhsuldur. Qarğıdalının qiyməti iyul ayından bəri 20 faizdən çox artıb.

Mal-qara satıcısı Ceyk Ceykobs deyir ki, mal-qara yemini baha qiymətə almaq əvəzinə bəzi fermerlər heyvanın sayını azaltmağı seçir.

Ceyk Ceykobs: “Ötən il bu həftə bizdə 3300 baş inək var idi. Bu il bu rəqəm 900-ə enib. Çoxları mal-qarasını satıb.”

Oxfam beynəlxalq yardım təşkilatından ərzaq qiymətləri üzrə mütəxəssis Qauen Kripke bundan olduqca narahat olduğunu deyir.

Qauen Kripke: “ABŞ-ın böyük ərzaq istehsalçısı və ixaractçısı olması o deməkdir ki, ABŞ-da quraqlıq bütün dünyaya öz təsirini göstərə bilər.”

Kripke deyir ki, bu, Afrikanın şimalı və yarı-səhra regionları kimi xaricdən ərzaq alan ölkələrə daha çox təsir edəcək.

İqtisadi böhrandan əziyyət çəkən avropalı istehlakçıların alıcılıq səviyyəsi daha da azala bilər.

Kripki başqa bir narahatlığın siyası sabitsizlikdən qaynaqlandığını düşünür.

Qauen Kripke: “Ərzağın qiyməti yüksək qalmaqda davam etsə və ya nisbətən artsa biz şəhər ərazilərində ərzaq çatışmazlığı səbəbindən yaranan iğtişaşlar, hətta hökumətin istefaya göndərilməsi kimi 2007, 2008-ci illərdə müşahidə etdiyimiz narahatlıqları bir daha müşahidə edə biləcəyik.”

Həll planı olmadığı təqdirdə yüksək ərzaq qiyməti qıtlıq və çox güman ki, milyonlarla insanın ac qalmasına səbəb olacaq.

Kripke humanitar yardım agentliklərini ən çətin vəziyyətə hazır olmağa çağırır. Onun mənsub olduğu qrup eyni zamanda ABŞ hökumətini ərzaqdan bio-yanacaq kimi istifadə edilməsini bir daha nəzərdən keçirməyə çağırıb.

Hal-hazırda ABŞ qarğıdalısının 40 faizi etanol istehsalı üçün yetişdirilir.
XS
SM
MD
LG