Accessibility links

İsrail lideri Nyu Yorka səfəri çərçivəsində prezident Barak Obama ilə görüşməyəcək


ABŞ prezident Barak Obama İsrail baş naziri Benyamin Netanyahu Nyu Yorka səfər edən zaman onunla görüşməyəcək. Cənab Netanyahunun ABŞ-a səfərinin məqsədi BMT-ni İranın nüvə proqramına qarşı daha da ciddi tədbirlər görməyə çağırmaqdır.

Ağ Evin yaydığı bəyanatda deyilir ki, cənab Netanyahu Vaşınqtonda cənab Obama ilə görüşmək üçün müraciət etməyib. Bir qədər əvvəl administrasiya rəsmisi Amerikanın Səsinə bildirib ki, prezidentin qərarı İsrailin baş naziri ilə görüşməkdən imtina etməsi kimi başa düşülməməlidir.

Dünən müxbirlər qarşısında çıxış edən cənab Netanyahu İranın nüvə proqramının dayandırılmasına dair möhlət təyin etməyə müqavimət göstərdiyinə görə Obama administrasiyasını tənqid edib.

İsrail nüvə silahına malik olan İranı İsrailin mövcudluğuna təhlükə kimi görür və İranın nüvə obyektlərinə qarşı hərbi əməliyyatlar keçirilməsinə qoyulan maneələri rədd edir.

Obama administrasiyasının rəsmiləri diplomatik və iqtisadi sanksiyaların İrana təsir etməsi üçün kifayət qədər vaxtın olduğunu və son möhlət təyin etmənin bəhrəsiz olacağını dəfələrlə bildirib. Tehran nüvə proqramının sülhməramlı məqsədlərə xidmət etdiyini iddia edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG