Accessibility links

Con Brennan ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyinə rəhbər təyin edilir


ABŞ Senatının Kəşfiyyat Komitəsi ABŞ prezidenti Barak Obamanın Con Brennanı Mərkəzi Kəşfiyyat Agentliyinin rəhbəri vəzifəsinə təyin etməsini təsdiqləyib.

Komitə dünən 12 lehinə, 3 əleyhinə səslə Brennanın təyinatı ilə bağlı sənədi təsdiqlənməsi üçün Senata göndərib.

Brennan prezident Obamanın terrorçuluq əleyhinə ən yaxın müşaviridir.

Sessiya bağlı qapılar arxasında keçirilib və müşavirənin detalları barədə dəqiq məluma yoxdur. Lakin Ağ Ev xaricdə terrorçuluqda şübhəli bilinən amerikalı vətəndaşlara qarşı pilotsuz təyyarə hücumları barədə təfsilatı komitənin nəzərinə çatdırıb.

Bəzi senatorlar mübahisəli siyasətinə haqq qazandıran Obama administrasiyasının
hansı qanuni yollardan istifadə etdiyini bilmək istəyir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG