Accessibility links

ABŞ-dan Kanadaya aparan körpü uçub


ABŞ-ın şimal-qərb Vaşınqton ştatını Kanadanın Britiş Kolumbiya vilayəti ilə birləşdirən körpü uçub. Hadisə zamanı xəsarət alanlar olub, lakin ölüm halı qeydə alınmayıb.

Dörd yollu ölkələrarası 5 nömrəli körpü dünən yerli vaxtla axşam saatlarında uçub. Bir neçə avtomobil körpüdən dayaz Skacit çayına düşüb. İnsanların yarı suda batmış avtomobillərinin üzərində oturaraq xilas edilməklərini gözlədikləri müşahidə olunub. Yüngül xəsarətlər almış bir neçə insan xəstəxanaya yerləşdirilib.

Körpünün uçmasına nəyin səbəb olduğu barədə heç bir məlumat verilmir. Lakin körpünün yarım əsrdən çox ömrü var idi və onun dizaynı Federal Maqistral Administrasiyası tərəfindən köhnəlmiş hesab edilirdi.

Bu yaxınlarda prezident Barak Obama ölkədə yaşlanmış infrastruktur məsələsi müzakirə etmişdi. Cənab prezident şose və körpülərin təmirinə pul ayrılmasını təklif etmişdi.
XS
SM
MD
LG