Accessibility links

Obama Konqresə 4 trilyon dollarlıq büdcə təqdim edib


ABŞ prezidenti Barak Obama zəngin amerikalılara daha yüksək vergi rüsumları tətbiq edilməsi və 2011-ci ildə qlobal iqtisadi böhrandan çıxmaq üçün xərclərin avtomatik ixtisarının azaldılmasına çağıran 4 trilyon dollarlıq büdcəni Konqresə təqdim edib.

Ölkədə yollar, körpülər və digər mühüm infrastrukturların bərpası üçün təxminən 500 milyard dollar ayırılması üçün prezidentin 2016-cı ilə təqdim etdiyi büdcəyə ölkə xaricində fəaliyyət göstərən amerika korporasiyalarının gəlirinə bir dəfə 14 faiz vergi tətbiqi daxildir.

Büdcə təklifini dəstəkləyənlər bildirib ki, zəngin amerikalılar üçün vergilərin artırılması aşağı və orta gəlirli amerikalıların vergi kreditlərinin 300 milyarddan çox artmasına yardım edəcək.

Lakin Respublikaçıların üstünlük təşkil etdiyi Konqres artıq prezidentin planlarına etiraz edəcəyinə işarə edib.

Respublikaçılar dəfələrlə prezidentin zəngin amerikalılara yüksək vergi tətbiq edilməsi çağırışlarına etiraz edib.

Əvəzində onlar sosial sığorta və səhiyyə proqramlarında islahatların keçirilməsini təklif edir.

XS
SM
MD
LG