Accessibility links

Məşhurlar: Leonardo DiKaprio


Ofisdə yeni bir gün. Daha doğrusu ofisə gedərkən.
Leonardo DiKaprio “Uolstrit Canavarı” adlı filminin çəkilişlərində. Bu dəfə aktyor birjaçı rolunu ifa edir. Bu filmdə Leonardo DiKaprio köhnə dostu, rejissor Martin Skorsezi ilə korporasiya bankirləri və mafiya üzvləri ilə dolu zülmət dünyasında yenidən bir araya gəlir. Bu isə filmin ciddi janrda çəkilməsi deməkdir.

Nyu York birjaçısı Uoll Street-də korrupsioner korporasiya bankirləri və mafiozların əli olan qiymətli kağızlarla aparılan saxtakarlıqlarda iştirak etməkdən imtina edir.

Film barədə bildiklərimiz bu qədərdir. Lakin biz Leonardo DiKaprionun bu rola yaraşdığına inanırıq. Filmin 2013-cü ildə ekranlara çıxacağı ehtimal olunur.
XS
SM
MD
LG