Accessibility links

ABŞ-da seçicilər erkən səsvermədə iştirak edir [Video]


ABŞ-da seçki kampaniyası tam gücü ilə davam etsə də, bəzi seçicilər artıq noyabrın 8-i öncəsi erkən səsvermədə işTirak edib. Erkən seçkilərdə şəxsən səsvermə həftənin əvvəlində başlasa da, seçicilər poçt vasitələ səsvermə hüququndan artıq bir müddətdir istifadə edir. Vətəndaşlar habelə prezidentlə yanaşı, digər yerli və ştat rəsmilərini seçməyə çalışır. Bu il seçkilərdə rekord sayda seçicinin səs verəcəyi gözlənilir.

Cari prezidentlik kampaniyası müasir tarixin ən uzun və mübahisəli kampaniyalarından biridir. Bəzi seçicilər seçkilərlə bağlı narahatlıqlarına son qoymaq üçün erkən səsvermədə iştirak etməyə çox həvəslidir.

Seçici: "Mən istədiyim adama səs verəcəm, sonra isə daha özümü təzyiq altında və narahat hiss etməyəcəm. Çünki mən artıq bacardığımı etdim"

Seçici: "Mən səs verməyə çox həvəsliyəm, çox həvəsli… "

Elə bu səbəbdən həftənin əvvəli bəzi seçki məntəqələrinin qarşısında uzun növbələr yaranıb. Texas ştatının Hyuston şəhərində erkən səs verənlər isə bunu gözləmirdi.

Seçici: "Gərək səhər saat 5-də gəlib növbəyə dayanardıq."

Seçici: "Yəqin biz təxmin etdiyimizdən daha çox insan səsverməyə qatılacaq".

Bu, Amerikanın gələcəyi, taleyi uğrunda səsvermədir… Mən hakimlik və prokurorluq uğrunda mübarizə aparan qadınlarla fəxr edirəm.

Ancaq hətta seçicilər nöbvədə dayananda da, siyasi təzyiq davam etməkdədir. Texasda democrat konqresmen Şila Cekson Li daha çox respublikaçı seçicinin mövqeyini dəyişəcəyinə ümid edir.

"Bu, Amerikanın gələcəyi, taleyi uğrunda səsvermədir… Mən hakimlik və prokurorluq uğrunda mübarizə aparan qadınlarla fəxr edirəm" - deyə Konqresin qadın üzvü Şila Çekson Li bildirir.

Texas ənənəvi olaraq Respublikaçı stat hesab edilsə də, bu seçkilərdə demokratlarla respublikaçılar arasındakı fərq o qədər cüzidir ki, Hillari Klintonun cənub-qərb ştatında Hillari Klintonun tarixi qələbə qazanacağına ümidlər var.

Vitse-prezidentliyə demokrat namizəd Tim Keyn: "Floridada qalib olsaq, seçkidə qələbə qazanacağıq. Bu, müqəddəs həqiqətdir".

Respublikaçı namizəd Donald Tramp mühüm stat olan Floridada qələbənin vacibliyini anlayır. Həftənin əvvəlində orada tərəfdarları qarşısında çıxış edən Tramp deyib ki, sorğularda onun Klintonda geridə olması yalandır: "Bu ABC rəy sorğusunda respondentlərin əksəriyy'tini Demokratlar təşkil edir – başdan ayağa yalandır. Ancaq mənası olan, uzun illərdir dəqiqliyi ilə yadda qalan sorğularda biz ölkə boyu 2 faiz öndəyik”.

Bununla yanaşı, Klinton diqqətini Trampdan Konqres uğrunda mübarizə aparan demokrat naməzədlərin dəstəklənməsinə çevirib. Hazırda Konqresdə Respublikaçılar əksətiyyət təşkil edir.

XS
SM
MD
LG