Accessibility links

Silahsız qaradərili şəxslərin ölümündə hakimin ağdərili polis zabitlərinə qarşı həbs qərarı çıxarmadığına görə ABŞ-ın bir neçə şəhərində gecə daha bir neçə yürüş keçirilib.

Nyu-Yorkda nümayişçilər Milli Basketbol assosiasiyası tərəfindən Klivlendin Cavaliers komandası ilə Bruklinin Nets komandası arasında oyunun keçirildiyi Barclays mərkəzi idman arenasının qarşısında küçəni kəsib.

Nümayişçilər iyul ayında polis zabiti Daniel Pantaleo tərəfindən boğularaq öldürülən 43 yaşlı Erik Qarnerin son nəfəsdə dediyi və indi artıq məşhur ifadəyə çevrilmiş “Nəfəs ala bilmirəm” sözlərini təkrar-təkrar söyləyib.

Arenada Cavaliers komandasının super ulduzu LeBron Ceyms və digər oyunçular oyundan əvvəl təlimlər zamanı üzərində eyni ifadə yazılmış köynəklər geyib.

Kaliforniya ştatının Berkli şəhərində nümayişçilər qısa müddətə əsas maqistralda hərəkətin qarşısını kəsib. Berklidə ötən gecə davam ediən nümayişlər zorakılıqla müşayiət olub. Bəzi nümayişçilərin şüşələri sındırıb, mağazaları yarması polis tərəfindən gözyaşardıcı qazdan istifadə edilməsinə səbəb olub.

XS
SM
MD
LG