Accessibility links

ABŞ şirkətlərinin ötən ay iş yerlərini artırma səylərinə baxmayaraq Avropanın borc böhranı iqtisadiyyatı ləngitməkdə davam edir.

Reuters xəbər agentliyi tərəfindən keçirilən iqtisadi sorğu bu gün Əmək Departamentinin qeyri-təsərrüfat hesabatının iyun ayında cəmi 90000 iş yerinin yaratdığını elan edəcəyini deyir. Bu, may ayındakı 69000 iş yerindən çoxdur. Lakin ümumi mənzərə Barak Obamanın noyabr seçkilərində qələbə çalmasına mənfi təsir göstərə bilər.

Bir çox iqtisadçı iyun ayında iş yerlərinin yaradılmasının 8.2 faiz işsizlik səviyyəsini azaltmaq üçün çox zəif olduğunu düşünür. Bu, Federal Ehtiyatlar Bürosunu şirkətlərin yeni iş yerlərini açmaları üçün borcların sələm faizlərini azaltmağa dair yeni tədbirlər görməyə vadar edə bilər.

Borc böhranı Avropa ölkələrinin bəzilərini tənəzzülə yuvarlayıb. Avro məkan böhranı isə öz növbəsində Çindən Braziliyayadək bütün dünya boyu iqtisadi inkişafı zəiflədib. Avropa ABŞ-ın narahatlığı üçün yeganə amil deyil. Vaşınqton 2013-cü ilin əvvəlində xərclərin ciddi şəkildə azaldılmasını planlaşdırır. Bu, isə iqtisadiyyatı asanlıqla gerilədə bilər.

Müşahidəçilər qanunvercilərin ölkəni maliyyə uçurumundan yayındıra biləcəklərinə əmin deyillər.
XS
SM
MD
LG