Accessibility links

ABŞ hökuməti Qazaxıstan hökumətinin tanınmış fəalın həbsini tənqid edərək, hökumətin cinayət və ədalət sistemindən sui-istifadə etməklə müxalifəti susdurmağa çalışdığını deyib.

ABŞ-ın Astanadakı səfirliyi qeydiyyatdan keçməmiş Alqa partiyasının lideri Vladimir Kozlovun həbsinə dair narahatlığını ifadə edib. Kozlov yanvar ayında neft işçilərinin keçirdikləri və 15 nəfərin ölümü ilə nəticələnən etiraz aksiyasında həbs edilib. O, iğtişaşları qızışdırma ittihamı ilə bazar ertəsi yeddi il yarım müddətinə azadlıqdan məhrum edilib.

Human Rights Watch təşkilatı da məsələ ilə bağlı narahatlığını ifadə edib. Təşkilat hadisənin Qazaxıstanda söz azadlığını sual altına qoyduğunu deyib.
XS
SM
MD
LG