Accessibility links

Human Rights Watch Tehranı günahlandırıb


Human Rights Watch Tehranı günahlandırıb

Human Rights Watch Tehranı günahlandırıb

İran onlarla kürd kəndlərini əhatə edən Azad Kürdüstan Həyatı Partiyası, və ya PJAK kimi tanınan təşkilata hücumları intensivləşdirib

ABŞ insan hüquqları qrupu İraqın şimalında İran Kürd yaraqlılarının üzvlərinə qarşı artileriya hücumları və başqa hərbi əməliyyatlar zamanı mülki vətəndaşlara xəsarət yetirdiyinə görə Tehranı təqsirləndirib. Nyu Yorkda qərargahlanan Human Rights Watch bu barədə hesabat açıqlayıb. Hesabata əsasən bu ilin may ayında İran onlarla kürd kəndlərini əhatə edən İraqın şimalında Azad Kürdüstan Həyatı Partiyası, və ya PJAK kimi tanınan təşkilata hücumları intensivləşdirib. Hesabatda bildirilir ki, hücumlar nəticəsində 500-dən çox ailə didərgin düşüb, naməlum sayda kəndli yaralanıb və azyaşlı qız qətlə yetirilib. Human Rights Watch İraq kəndlilərə istinad edərək bildirir ki, İranın sərhəd mühafizəçiləri kəndlilərin mal-qarasını hədəf alır və arabir kəndlilərin özlərinə də atəş açırlar.

XS
SM
MD
LG