Accessibility links

İraq müharibəsində qollarını və ayaqlarını itirən ABŞ əsgəri qol transplantasiya əməliyyatından sonra bu gün Vaşinqton yaxınlığındakı xəstəxanadan çıxıb.

26 yaşlı Brendan Marrokko müxbirlərə deyib ki, 2009-cu ildə yolkənarı bomba partlayışında qollarını itirdikdən sonra yeni qollarının bərpa olunmasını görmək heyranedicidir. O, İraq və Əfqanıstan müharibələri müddətində bütün əl-ayaqlarını itirmiş ilk ABŞ əsgəridir.

Marrokko dekabr ayının 18-ində yeni qollarını bədəninə birləşdirmək üçün 13 saat davam edən əməliyyatdan keçib. O, növbəti bir neçə il yeni bədən orqanlarının təkmilləşməsinə nəzarət etmək üçün reabilitasiyadan keçməlidir.

Uzun sürən əməliyyatdan sonra həkimlər yan təsir göstərə biləcək dərmanlar verməmək üçün Marrokkoya qol donorundan sümük iliyi modulu köçürüblər.
XS
SM
MD
LG