Accessibility links

ABŞ müdafiə naziri Kambocaya səfər edib


İyun ayından bəri üçüncü dəfə Asiyaya səfər edən Panetta Pentaqonun regiondakı tərəfdaşları ilə hərbi təlimlərinin sayını artırdığını elan edib

ABŞ müdafiə naziri Leon Panetta prezident Barak Obamanın regional zirvə görüşünə səfərindən əvvəl cənub-şərqi Asiya regionunda hərbi müttəfiqlik münasibətlərinin genişləndirilməsi məqsədilə barədə danışıqlar aparmaq üçün Kambocaya səfər edib.

Cənub-şərqi Asiyanın 10 ölkəsindən olan həmkarlarla paytaxt Siem Reap-də görüşən Panetta Vaşınqtonun bu yaxınlarda Asiya-Sakit okeanı regionunda strateji kursun dəyişməsinin müsbət təsirini qeyd edib.

İyun ayından bəri üçüncü dəfə Asiyaya səfər edən Panetta Pentaqonun regiondakı tərəfdaşları ilə hərbi təlimlərinin miqyası və sayını artırdığını elan edib.

O, Kamboca lideri və regionda başqa rəsmilərlə görüşlərdə bölgədə insan haqlarının müdafiəsinin zəruriliyi, qanunun aliliyinə hörmət edilməsi və daha mükəmməl siyasi sistemin yaradılmasının əhəmiyyətini vurğulayıb.

Panettanın bölgəyə prezident Barak Obamanın Kamboca paytaxtında keçirilən ASEAN və Şərqi Asiya zirvə görüşünə səfərindən bir gün əvvəl səfər edib. ABŞ prezidenti bölgəyə səfəri zamanı Tailand və Birmada da olacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG