Accessibility links

Tərəfdarlarının prezident Barak Obamanın qələbəsini dəstəkləməsinə baxmayaraq onun doğma Çikaqo şəhərinin sakinləri iş yerlərinin yaradılması və iqtisadiyyatın inkişafı yolunda ikipartiyalı siyasəti dəstəklədiklərini etiraf ediblər.

Çikaqonun Makkormik tədbir mərkəzi qarşısına toplaşan minlərlə insan arasında Obama kompaniyasının işçisi Karol Formen də var. “ Mən seçkilərin nəticəsindən çox razı qaldım. Çox xoşbəxtəm.”

Formen prezident Obamanı hər iki prezident seçkilərində dəstəkləyib. Seçkilərin nəticəsi onun üçün gözlənilməz deyildi. Lakin o, iqtisadi durumdan narahat olduğunu deyir. “Hazırkı vaxtda onun ən böyük problemi yəqin ki, iş yerlərinin yaradılması və iqtisadiyyatdır.”

Bu problemlər Obamanın ən yaxın tərəfdarı Nikolo Cekson üçün də çox ciddi narahatlıqdır. “Bizim işlərimiz xarici ölkələrə gedir və bu çox ciddi narahatlığa səbəb olur. Biz burada-Amerikada çoxlu iş yerlərinin olmasını istəyirik.”

İllinois ştatından Maykl Dauson: “Bu kimi problemlər dərhal həll olunmayacaq. Bu çox yavaş prosesdir.”

Maykl Dauson deyir ki, Obamanın ən ciddi problemi iqtisadi siyasət kursunu dəyişməməsindədir.
XS
SM
MD
LG