Accessibility links

ABŞ Senatının bu gün Rusiya ilə ticarət münasibətlərini daimi normallaşdıracaq qanun layihəsini təsdiqləyib.

Ötən ay Nümayəndələr Palatasında böyük səs çoxluğu ilə qəbul olunan qanun layihəsi soyuq müharibə dövrü Rusiyaya qarşı tətbiq olunmuş ticarət məhdudiyyətlərini aradan qaldırır.

Qanunda insan haqlarının pozulmasına görə məsuliyyət daşıyan Rusiya rəsmilərinə vizaların verilməməsi və onların bank hesablarının dondurulması kimi sanksiyaların tətbiq edilməsini nəzərdə tutan müddəalar yer alır.

Moksva buna narazılığını bildirərək bu müddəaların Vaşınqtonla diplomatik münasibətlərə zərər verə biləcəyi barədə xəbərdarlıq edib.

Yeni qanun layihəsinə 2009-cu ildə Rusiya həbsxanasında işgəncələr nəticəsində öldüyü ehtimal edilən korrupsiyaya qarşı mübarizə aparan fəal Sergey Maqnitskinin adı verilib.

ABŞ prezidenti Barak Obama qanunu imzalayacağına vəd verib.
XS
SM
MD
LG