Accessibility links

NASA-nın iki fəza aparatı Ayın səthində məhv edilib


ABŞ fəza agentliyi NASA məlumat verib ki, Ayın xəritəsini hazırlamaq məqsədilə fəzaya göndərilən qoşa aparatlar nəzərdə tutlmuş bir illik missyasını başa vurduqdan sonra ayın səthində məhv edilib.

Rəsmilər Ebb Flow adlanan aparatların NASA-nın Grail missiyasının sonuncu fazasını başa vurduqdan sonra bazar ertəsi ayın şimal qütbü yaxınlığında qayaya çırpıldığını deyib.

Ebb Flow fəaliyyəti davam etdirə bilmək üçün kifayət qədər yanacağa malik olmadıqları və orbitdə olduqca aşağı səviyyəyə endiklərinə görə bilərəkdən məhv edilmək məqsədilə Aya göndərilib.

Fəza aparatlarının Apollo kosmik gəmisinin Aya enişi ərazisindən və Aya əvvəlki missiyalaral bağlə digər "tarixi" yerlərdən kənarda məhv olunması üçün əvvəlcədən tədbirlər görülüb.

Ebb Flow Ayda məhv edilən ilk aparatlar deyil. NASA-nın Grail missiyasının veb səhifəsində bildirilir ki, 1959-cu və 1993-cü illər arası ayın səthində 12 ABŞ, Sovet və Yaponiya fəza aparatları məhv edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG