Accessibility links

ABŞ Konqresinin komitəsi İŞİD terror qrupunun qarşısını almaq və Suriya xalqına yardım etmək üçün Obama administrasiyasının əlavə işlər görməsinə çağıran iki qətnamə təqdim edib.

Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin hazırladığı birinci qətnamədə prezident Barak Obama BMT-dəki səfirinin beynəlxalq müharibə cinayətləri tribunalı yaradılmasını dəstəkləməsinə sərəncam verməsinə çağırılır.

Tribunal Suriyada müharibə cinayətində təqsirli bilinən və bəşəriyyətə qarşı cinayətlər törətmiş insanların mühakimə edilməsi məqsədi daşıyır.

Komitənin qəbul etdiyi ikinci qətnamədə deyilir ki, İŞİD tərəfindən dini qruplara qarşı törədilmiş vəhşiliklər müharibə cinayəti, bəşəriyyətə qarşı cinayət və soyqırım hesab edilir.

XS
SM
MD
LG