Accessibility links

ABŞ demokratiyasının təməl prinsipi - Hakimiyyətin dinc yolla ötürülməsi [Video]


Amerikalı seçicilər Donald Trampı ölkənin növbəti prezidenti seçdi. Ağ Ev uğrunda uzun, qəddar və çox zaman bölücü mübarizədən sonra hakimiyyətin aydın şəkildə ötürülməsi istiqamətində prosesə başlandı. Bu, Amerika demokratiyasının təməl prinsipi hesab edilir.

Seçkilər başa çatsa da, köklü şəkildə bölünmüş ölkədə Donald Trampın Hillari Klinton üzərində qələbəsi Ağ Evin qarşısında fərqli nümayişlərə yol açdı.

Qəliz siyasi mübarizədən sonra prezident seçilmiş Donald Tramp ölkəni birləşdirmək üçün yollar axtarmağa başlayıb.

Biz Hillariyə bu ölkəyə uzun illər xidmətinə görə misilsiz təşəkkür borcluyuq. Artıq bir xalq kimi birlik olmağın vaxtı gəlib çatıb

"Biz Hillariyə bu ölkəyə uzun illər xidmətinə görə misilsiz təşəkkür borcluyuq. Artıq bir xalq kimi birlik olmağın vaxtı gəlib çatıb” - deyə Donald Tramp bildirib.

Məğlub olan Hillari Klinton isə keçidin bir hissəsi kimi bölünməyə son qoymaq məqsədilə Trampa birgə işləmək təklif edib.

Hillari Klinton: "Bizim konstitusional demokratiyamız hakimiyyətin dinc yolla ötürülməsini təmin edir və ona nəinki hörmət edir, hətta təbliğ edirik".

İndi Obama administrasiya Trampın keçid komandası ilə birgə işləyərək yeni hökumət personalı işə götürməyə çalışacaq. Buraya ölkəni idarə edəcək yeni kabinetin seçilməsi də daxildir. Prezident Obama hakimiyyətin dinc ötürülməsi üçün Trampa əməkdaşlıq təklif edib: "Biz indi hamımız ölkənin idarəsi və vahidliyi uğrunda onun müvəffəqiyyətinə ümid edirik. Hakimiyyətin dinc yolla ötürülməsi bizim demokratiyanın möhürlərindən biridir və qarşıdakı bir neçə ayda biz bunu dünyaya göstərəcəyik”.

Seçkidən öncə Tramp səsvermənin nəticələrini qəbul edib-etməyəcəyini söyləməyi rədd etmişdi və rahat keçidə dair şübhələr qaldırmışdı. Vaşinqtondakı Brukinqs İnstitutundan politoloq Norman Eysen deyir ki, Tramp səhaliyyətlərinin icrasına başlamamışdan əvvəl birləşdirici mesajlar verməlidir.

Biz indi hamımız ölkənin idarəsi və vahidliyi uğrunda onun müvəffəqiyyətinə ümid edirik. Hakimiyyətin dinc yolla ötürülməsi bizim demokratiyanın möhürlərindən biridir və qarşıdakı bir neçə ayda biz bunu dünyaya göstərəcəyik

"Onun qələbə çıxışı davamlılıq, qəbul və əməkdaşlıq istiqamətində ilk addım üçün etməli olduğu şey idi" - deyə siyasi analitik Norman Eysen bildirir.

Prezidentliyin keçidi prosesi yanvarın 20-də andiçmə mərasimi günü başa çatacaq. Həmin gün Tramp prezidentlik səlahiyyətlərinin icrasına başlayacaq.

Show comments

XS
SM
MD
LG