Accessibility links

ABŞ Erdoğanın Qəzzaya planlaşdırdığı səfəri təxirə salmasını istəyir



Dövlət katibi Con Kerri bildirib ki, Birləşmiş Ştatlar Türkiyənin Baş naziri Rəcəp Tayyib Ərdoğana Qəzza zolağına may ayında planlaşdırdığı səfərini təxirə salmağı tövsiyə edib. Kerrinin sözlərinə görə, ABŞ səfərin başqa bir vaxt edilməsini daha münasib sayır. ABŞ Dövlət katibi bu açıqlamaları bu gün İstanbulda mətbuat konfransı zamanı verib.

Fələstinlilərin anklavına səfər etmək arzusunda olduğunu əvvəlki illər bildirən baş nazir Erdoğan keçən həftə deyib ki, o, gələn ay Birləşmiş Ştatlara rəsmi səfərindən Qəzzaya getməyi planlaşdırır. Lakin dövlət katibi Kerri deyib ki, Türkiyə baş nazirinin səfəri diqqəti Yaxın Şərq sülh danışıqlarının canlandırılması səylərindən yayındıra bilər. “Fikrimizcə, səfərin vaxtı sülh prosesi baxımından olduqca əhəmiyyətlidir, biz hazırda sülh prosesini canlandırmağa çalışırıq və tərəflərin prosesə mümkün olduğu qədər diqqət yayınmadan başlamasını istəyirik”-deyə Con Kerri bildirib.


Planlaşdırılmış səfər eləcə də Türkiyə-İsrail münasibətlərində həssas bir vaxta düşür. Rəsmi Vaşinqton İsrailin 2010-cu ildə doqquz türk vətəndaşının ölümünə görə üzr istəməsinin ardınca iki ölkə arasında münasibətlərin normallaşdırılması səyləri qarşısında heç bir mane yaradılmamasına çalışır.

Erdoğanın Qəzzaya səfəri bu ay gözlənilirdi. Lakin Birləşmiş Ştatlar səfirin təxirə salınmasını istəmişdi. Türkiyənin Baş naziri mayın 16-da prezident Barak Obama ilə görüşmək üçün Vaşinqtona səfər edəcək.


Kerri son həftələr regiona bir neçə dəfə səfər edərək, Yaxın Şərq sülh prosesinin canlandırılması səyləri çərçivəsində İsrailin Baş naziri Benyamin Netanyahu və Fələstinlilərin prezidenti Mahmud Abbasla danışıqlar keçirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG