Accessibility links

ABŞ dövlət katibinin köməkçisinin müavini Azərbaycan prezidenti ilə görüşüb


Bridcet Brink (Bridget A. Brink)
Bridcet Brink (Bridget A. Brink)

Prezident İlham Əliyev ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bridcet Brinki qəbul edib.

Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə, xanım Brink ABŞ və Azərbaycan prezidentlərinin ikitərəfli münasibətlərlə bağlı apardıqları müzakirələrdən sonra prezident Əliyevlə görüşmək imkanı əldə etmələrini yüksək dəyərləndirib. Əvvəllər də Azərbaycana səfər etdiyini bildirən Bridcet Brink paytaxtda gedən müsbət dəyişikliklərin onlarda dərin təəssürat yaratdığını deyib.

Dövlət başçısı G20-nin Antalya toplantısında ABŞ prezidenti Barak Obama ilə ikitərəfli əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi apardıqları zaman ABŞ prezidentinin 10 il bundan əvvəl senator kimi Azərbaycana səfərini xatırladığını qeyd edib.

İki ölkənin müxtəlif sahələrdə uzun illərdir ki, uğurla əməkdaşlıq etdiyini deyən Əliyev enerji və regional təhlükəsizlik, iqtisadi inkişaf və digər sahələrdə əlaqələrin əhəmiyyətini xüsusi vurğulayıb.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, Azərbaycanla ABŞ arasında əlaqələrin enerji, iqtisadi şaxələndirmə, ticarət, təhsil, kənd təsərrüfatı, birgə layihələr, terrorizmə qarşı mübarizə, insan haqları və demokratiya və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG