Accessibility links

Bricet Brink: ABŞ Azərbaycana çox böyük önəm verir [Video]


Bricet Brink: ABŞ Azərbaycana çox böyük önəm verir
please wait

No media source currently available

0:00 0:02:45 0:00

Bricet Brink: ABŞ Azərbaycana çox böyük önəm verir

ABŞ rəsmiləri Azərbaycana səfərlərinin yekunlarından danışıb

Noyabrın 24-də ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brink və ABŞ Dövlәt Departamentinin Avropa vә Avrasiya ölkәrinә yardımlar üzrә koordinatoru Alina Ramanovski Azərbaycana səfərlərinin yekunları ilə bağlı ABŞ səfirliyində brifinq keçirib.

“Bizim səfərimiz ABŞ-ın yüksək səviyyəli hərbi və ticarət missiyalarının səfərlərindən sonraya təsadüf edir. Azərbaycana səfərimiz məhsuldar olub. Bir gün yarım ərzində Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri, təhlükəsizlik üzrə məsləhətçi, vətəndaş cəmiyyəti təşkilatlarında görüşlər keçirdik”, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brink qeyd edib.

O bildirib ki, ABŞ Azərbaycana dəyərli tərəfdaş kimi çox böyük önəm verir.

Yardımlar yenə də münasibətlərimizin sütununu təşkil edən 3 əsas sahəni- enerji, təhlükəsizlik, demokratiya və insan hüquları sahələrinin inkişafını əhatə edəcək.

Bricet Brink

“ABŞ-ın Azərbaycanla geniş çeşidli əlaqələrinə enerji, təhlükəsizlik, iqtisaqdiyyat, demokratiya və insan hüquqları daxildir. ABŞ tərəfindən bundan sonra göstərilən yardımlar münasibətlərin ayrılmaz tərkibi kimi qalır. Yardımlar yenə də münasibətlərimizin sütununu təşkil edən 3 əsas sahəni- enerji, təhlükəsizlik, demokratiya və insan hüquqları sahələrinin inkişafını əhatə edəcək”, B.Brink deyib.

ABŞ Dövlәt Departamentinin Avropa vә Avrasiya ölkәrinә yardımlar üzrә koordinatoru Alina Ramanovski səfər zamanı Azərbaycana göstəriləcək yardımlarla bağlı müzakirələr apardığını bildirib.

“Azərbaycan ABŞ yardımları ilə demokratiya və təhlükəsizlik sahəsində inkişafa nail olur”, o qeyd edib.

O ABŞ-ın Dağlıq Qarabağa göstərdiyi yardımlara aydınlıq gətirib.

ABŞ Dağlıq Qarabağı müstәqil vә suveren qurum kimi tanımır.

Alina Ramanovski

"ABŞ Dağlıq Qarabağı müstәqil vә suveren qurum kimi tanımır. Dağlıq Qarabağın son statusu beynәlxalq müstәvidә vә ATӘT-in Minsk qrupunun apardığı danışıqlar prosesinin subyektidir”.

Onun dediyinə görə, ABŞ Dövlәt Departamentinin yardımları Dağlıq Qarabağda sırf minalardan tәmizlәmә işləri üçün ayrılıb,

“Yardımlar minalar tәmizlәnәnә qədər davam edәcәk. Bu vasitәlәr layihә ixracı ilә mәşğul olan şirkәtlәrә tәqdim edilir, oradakı de-fakto rәhbәrliyә verilmir", A.Romanovski deyib.

Onun sözlərinə görə, ABŞ 1993-cü ildən başlarara azərbaycanlı qaçqın və məcburi köçkünlərə 115 milyon dollar yardım ayırıb.

Ümumilikdə 1992-ci ildən başlayaq ABŞ Azərbaycana 1,1 milyard dollar yardım edib.

Alina Ramanovski

“Ümumilikdə 1992-ci ildən başlayaq ABŞ Azərbaycana 1,1 milyard dollar yardım edib. Bundan əlavə olaraq 220 milyon dollar dəyərində əşyalar çatdırıb. 1993-cü ildən başlayaraq mina və partlamamış hərbi sursatların (PHS) təmizlənməsi üçün 30 milyon dollar vermişik və bunun müqabilində 500 mindən çox mina, PHS təmizlənib”.

ABŞ yardımlarını həmçinin Beynəlxalq İnkişaf Agentliyi USAİD vasitəsi ilə davam etdirib.

Bricet Brink və Alina Ramanovski
Bricet Brink və Alina Ramanovski

“Yardımlar iqtisadiyyatın şaxələndirilməsini, biznes sahəsini və fermerləri əhatə edib. Bu yardımlar vasitəsi ilə iqtisadiyyat və kənd təsərrüfatı müəyyən irəliləyişlər əldə edib. Məsələn, narın ixracı 57 faiz, qozun ixraçı 68 faiz, digər kənd təsərrüfatı məhsulları 12 faiz artıb”.

ABŞ yardımları nəticəsində regionlarda 97 icma mərkəzləri yaradılıb, 39 layihə həyata keçirilib. 222 min qadın internetdən və informasiya komunikasiyalarından bəhrələnib.

Suallara cavabda Bridcet Brink deyib ki, ABŞ Dağlıq Qarabağ münaqişәsi ilә bağlı danışıqlar prosesindә daha çox irәlilәyiş görmәk istәyir.

“Biz Minsk qrupunun Azәrbaycan vә Ermәnistan rәhbәrliyi ilә işlәyәrәk ilin sonuna kimi prezidentlәrin görüşünü keçirmәk sәylәrini dәstәklәyirik”.

O, Minsk qrupunun kifayәt qәdәr aktiv olduğunu bildirib.

Münaqişәnin hәll olunması ilә bağlı son qәrar dövlət rәhbәrlәrinin üzәrinә düşәn mәsәlәdir. ATӘT-in Minsk qrupu buna tәkan verir. Biz bunu dәstәklәyirik.

Bricet Brink

"Bizim qrupdakı sәfirimiz Ceyms Uorlik dә münaqişәnin sülh yolu ilә hәllində maraqlıdır vә aktivlik göstәrir. Minsk qrupu vasitәçilik fәaliyyәti ilә mәşğuldur. Lakin münaqişәnin hәll olunması ilә bağlı son qәrar dövlət rәhbәrlәrinin üzәrinә düşәn mәsәlәdir. ATӘT-in Minsk qrupu buna tәkan verir. Biz bunu dәstәklәyirik. Dağlıq Qarabağ münaqişәsinin sülh yolu ilә hәll olunması hәr kәsin - Ermәnistan, Azәrbaycan hökumәtlәrinin, region dövlәtlәrinin, ABŞ-ın maraqlarındadır. ABŞ münaqişәnin Minsk qrupu çәrçivәsindә hәllini dәstәklәyir".

Bridcet Brink Amerikanın Səsinin Rusiya hərbi təyyarəsinin vurulması ilə bağlı sualına cavab verməyib.

“Təyyarənin vurulması ilə bağlı mediadan məlumat almışam. Amma bununla bağlı şərh verməyəcəm”.

Amerikanın Səsinin Azərbaycanda danışıqları zamanı hansı sahələr üzrə razılıq əldə edilməsi ilə bağlı sualının cavabında Bridcet Brink deyib ki, həm hökumət, həm də hökumətdən kənar tərəfdaşları ilə geniş danışıqlar aparıblar.

Ölkədə vətəndaş cəmiyyətinin inkişafı vacibdir. Bu həm də azad media, müxalifət deməkdir. Daha güclü demokratiya isə daha güclü təhlükəsizlik, iqtisadiyyat deməkdir.

Bricet Brink

“Təhlükəsizlik, enerji, demokratiya və insan haqları sahəsində səylərimizi birləşdirib fəaliyyət göstərəcəyik. Sözügedən üç sahə əməkdaşlığımızın sütunudur. Bu sahələrdə əməkdaşlığımız lazımdır. Ölkədə vətəndaş cəmiyyətinin inkişafı vacibdir. Bu həm də azad media, müxalifət deməkdir. Daha güclü demokratiya isə daha güclü təhlükəsizlik, iqtisadiyyat deməkdir”.

A.Romanovski Amerikanın Səsinin sualının cavabında ABŞ yardımlarının münasibətlərin əsasını təşkil edən üç sütun üzrə davam etdirləcəyini deyib.

“Danışıqlarda yardımların dairələrini müəyyənləşdirdik. Bunlar demokratiya, insan hüquqları, vətəndaş cəmiyyətinin gücləndirilməsi, kənd təsərrüfatı, qadınların rolunun cəmiyyətdə gücləndirilməsi və başqa sahələri əhatə edəcək”, o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG