Accessibility links

İlham Əliyev ABŞ müdafiə katibinin kəşfiyyat üzrə müavini ilə görüşüb


İlham Əliyev və Marsel Lettr
İlham Əliyev və Marsel Lettr

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Münhendə ABŞ müdafiə katibinin kəşfiyyat üzrə müavini Marsel Lettre ilə görüşüb.

Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə, görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi bildirilib. İki ölkənin münasibətlərinin bir sıra sahələrdə tərəfdaşlıq səviyyəsində olduğu vurğulanıb. Terrorizmlə mübarizə sahəsində əməkdaşlıq baxımından yaxşı perspektivlərin olduğu qeyd edilib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

XS
SM
MD
LG