Accessibility links

Kristofer Robinson: Azərbaycanın etirazlara reaksiyası, vətəndaş cəmiyyəti təşkilatlarına təzyiqlər ABŞ-ı narahat edir


Amerikanın ATƏT-dəki missiyası_logo
Amerikanın ATƏT-dəki missiyası_logo

ABŞ-ın ATƏT-dəki nümayəndəsi Azad Fikir Universitetini müdafiə edib

ABŞ-ın ATƏT-dəki siyasi müşaviri Kristofer Robinson aprelin 18-də Vyanada ATƏT-in Daimi Şurasının iclasında Bakıda Azad Fikir Universitetinin (AFU) bağlanması ilə bağlı bəyanatla çıxış edib.

AFU ATƏT yanında ABŞ missiyasından İnternetdə söz azadlığı üzrə mükafat alan ilk təşkilatdır.
O qeyd edib ki, 2012-cu ildə AFU demokratik islahatların, vətəndaş cəmiyyətinin, müstəqil KİV, insan hüquqları və qanunun aliliyinin irəliləməsi üçün yeni mediadan novatorcasına istifadəyə görə ATƏT yanında ABŞ missiyasından İnternetdə söz azadlığı üzrə mükafat alan ilk təşkilatdır.

Robinsonun sözlərinə görə, aprelin 11-də ABŞ-ın Bakıdakı səfiri Riçard Morninqstar AFU-nu dəstəkləyən bəyanatla çıxış edib. O deyib ki, bu maarifləndirici mərkəz diskussiyalar üçün əla forum təklif edir.

Amerikalı diplomatın bəyanatında o da qeyd olunub ki, Azərbaycan Birləşmiş Ştatların mühüm dostu və tərəfdaşıdır, 20 ildən artıqdır ki, ikitərəfli münasibətlərdə təhsil, səhiyyə, həyat səviyyəsinin yüksəldilməsi, insan alverinə qarşı mübarizə və qadın hüquqlarının irəliləməsi sahəsində nailiyyətlər əldə olunub.

Azərbaycan Əfqanıstanda NATO əməliyyatlarına, enerji təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyası sahəsində ABŞ-ın məqsədlərinin irəliləməsinə əhəmiyyətli töhfə verib.

Dinc etirazlara hörmətlə yanaşılması, müstəqil və şəffaf məhkəmələr, dövlətlə vətəndaşlar, xüsusilə gənclər arasında münasibətlər, onların qanuni maraqlarının təmin olunması demokratik hökumətlərin öz ölkələrində sabitliyin əsasını təmin etməsi üçün ən yaxşı və effektiv yoldur.
“Biz Azərbaycanda çiçəklənmə, təhlükəsizlik, suverenlik və demokratiya istiqamətində böyük irəliləyiş görmək istəyirik. Məhz bu səbəbdən bu il Azərbaycan hökumətinin etirazlara reaksiyası, vətəndaş cəmiyyəti təşkilatlarına təzyiqlər mənim hökumətimi narahat edir. Dinc etirazlara hörmətlə yanaşılması, müstəqil və şəffaf məhkəmələr, dövlətlə vətəndaşlar, xüsusilə gənclər arasında münasibətlər, onların qanuni maraqlarının təmin olunması demokratik hökumətlərin öz ölkələrində sabitliyin əsasını təmin etməsi üçün ən yaxşı və effektiv yoldur”, - amerikalı nümayəndə vurğulayıb.

Birləşmiş Ştatlar Azərbaycan hökumətini öz vətəndaşlarının hüquqlarını, o cümlədən universal azadlıqlarını - dinc toplaşma və ifadə azadlığı - təmin etmək üzrə beynəlxalq öhdəliklərinə əməl etməyə çağırır. Birləşmiş Ştatlar Bakıda ATƏT-in və ATƏT institutlarının Azərbaycana göstərdikləri yardımı yüksək qiymətləndirir.

“Biz Azərbaycan hökumətini ATƏT-in yerlərdə daimi iştirakına çağırırıq və Azərbaycan hökumətinin 16 oktyabr prezident seçkilərini müşahidə etmək üçün ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunu (DTİHB) dəvət edəcəyi barədə bəyanatını alqışlayırıq”, o vurğulayıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG