Accessibility links

ABŞ səfirliyi hava şəraiti ilə bağlı işləmir


Amerika səfirliyi
Amerika səfirliyi

ABŞ-ın Azərbaycandakı səfirliyi viza görüşlərinin ləğv edilməsi ilə bağlı təcili xəbərdarlıq yayıb.

Xəbərdarlıqda deyilir ki, sərt hava şəraitini nəzərə alaraq ABŞ-ın Bakıdakı səfirliyinin açılışı yanvarın 26-da təxirə salınıb. Nəticədə, bu günkü bütün viza görüşləri ləğv edilib yenidən təyin olunacaq.

Səfirlik bildirir ki, sualları olanlar+994 12 310 3010 telefona zəng etsin və ya usvisa-info.com saytına müraciət etsin.

XS
SM
MD
LG